Icma.az
close
up
RU
“Karvan” üç min azarkeşin gözü önündə zirvəni əldən verdi

“Karvan” üç min azarkeşin gözü önündə zirvəni əldən verdi

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 27-29-u aralığında futbol üzrə ölkə çempionatının 1-ci liqasında 8-ci turun oyunları keçirildi.

Açılış matçında çempionluğa iddialı “İmişli” autsaydar “Qaradağ Lökbatan”ı məğlub etdi. Təmir edilmiş stadionda ilk oyununu keçirən komanda qələbə sayəsində ilk “üçlük”dəki yerini möhkəmləndirdi. Lökbatan təmsilçisi isə hələ sonuncu pillədən xilas ola bilmir. Növbəti matçda “doğma divarlar” arasında “Zaqatala”nı sınağa çəkən MOİK qələbə qazandı. Belədə “hərbçilər” aşağı pillələrdə qərarlaşan komandalardan bir qədər aralandı. Bölgə təmsilçisi isə ardıcıl üçüncü sınaqdan üzüağ çıxa bilmədi. Görünür, Rüstəm Məmmədovun komandası enişdədi. Turun üçüncü matçında autsayderlərin dueli baş tutdu. Gərgin keçən, 6ı qolun vurulduğu oyunda qalib müəyyləşmədisə, bir xal “nur şəhəri”nin təmsilçisinə sərf etdi. Ağsulular isə 9-cu pillədən tərpənmədi.
Elə həmin gün liderlərin görüşünə şahidlik etdik. Yevlaxda keçirilən qarşılaşmada “Karvan” “Qəbələ”yə uduzdu. Düzdü, meydan sahiblərinin baş məşqçisi Kənan Kərimov “Futbol+”ə açıqlamasında hakimlərin hansısa tapşırıqla qərarlar verdiyini, qəsdən məğlub duruma salındıqlarını iddia etdi. Lakin bundan sonra məsələylə bağlı hansısa addımın atılacağı inandırıcı görünmür.
Yeri gəlmişkən, Yevlaxda həm də mövsümün azarkeş rekordu qırıldı. Belə ki, oyunu 3000 tamaşaçı izlədi. Hər halda, “Qəbələ” artıq liderdi və “qırmızı-qaralar”ı zirvədən salmaq çox çətin olacaq. Qəbələlilər hələ bir qol da buraxmayıb!
Tura dünən keçirilən “Cəbrayıl” – “Baku Sportinq” matçıyla yekun vuruldu. Hesabı qarabağlılar açsa da, qonaqlar əzmkar qələbə qazandı. Belədə bakılılar ardıcıl üçüncü oyunda rəqibini məğlub etdi. “Cəbrayıl” isə hələ sabit nəticələr qazanmaqda çətinlik çəkir.
1. Qəbələ 8 6 2 0 14-0 20
2. Karvan 8 6 0 2 18-10 18
3. İmişli 8 5 1 2 18-7 16
4. Cəbrayıl 8 4 1 3 10-6 13
5. Baku Sportinq 8 4 1 3 10-12 13
6. Zaqatala 8 3 2 3 12-12 11
7. MOİK 8 2 2 4 9-14 8
8. Mingəçevir 8 1 2 5 9-17 5
9. Difai 8 1 2 5 11-20 5
10. Qaradağ Lökbatan 8 1 1 6 7-20 4
Bombardirlər: Bəhruz Teymurov (Karvan) – 9, Seyxan Fərəcov, Pablo Enrike Alveş (hər ikisi “İmişli”) – 5.
Növbəti turun oyunları dekabrın 11-13-ü aralığında keçiriləcək: Qaradağ Lökbatan – MOİK, Baku Sportinq – Difai, Zaqatala – Karvan, Mingəçevir – İmişli, Qəbələ - Cəbrayıl.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Dekabr 2024 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri