Karvan Yevlax ın futbolçusu: Bir neçə ildən sonra Premyer Liqada oyuna çıxdım
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qarabağ" oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin gücünə bələdik. Bizi hansı çətinliyin gözlədiyini bilirdik. İlk hissədə bir neçə şansımız oldu, təəssüf ki, istifadə edə bilmədik". Bu sözləri "Karvan-Yevlax"ın futbolçusu İbrahim Qədirzadə deyib.
O illər sonra Premyer Liqada meydana çıxması ilə bağlı fikirlərini bölüşüb:
"Bir neçə ildən sonra Premyer Liqada oyuna çıxdım, çox xoş oldu. Bu şansı gözləyirdim. Bundan sonra davamlı olması üçün əlimdən gələni edəcəm. Elitada yeni komandayıq. Demək olar ki, hər şey yenidən qurulur. İlk öncə Premyer Liqada yerimizi qorumalıyıq. Bunun üçün kifayət qədər potensialımız var. 3 tura 4 xal yaxşı nəticədir. Liqada qalmaq üçün daha çox xallar toplamalıyıq. Yevlaxdakı stadionumuz hazır olanda rəqibləri həmin meydanda qəbul edəcəyik. Fikrimcə, doğma publika qarşısında daha yaxşı çıxış edib, istədiyimiz nəticələri qazanacağıq".
Qeyd edək ki, "Karvan-Yevlax" Misli Premyer Liqasının 3-cü turunda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 02 Sentyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















