Karvan Yevlax köhnə meydançanın bərpasını ilin sonunadək başa çatdırmağı planlaşdırır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 iyun, AZƏRTAC
“Karvan-Yevlax” klubu köhnə meydançanın inşa işlərini ilin sonunadək bitirəcək.
Bu barədə AZƏRTAC-a bölgə təmsilçisinin icraçı direktoru Elvin Əjdərli məlumat verib.
“Təbii örtüklü meydança təxminən 2000 nəfər üçün nəzərdə tutulur. Məqsədimiz ilin sonunadək tikinti işlərini başa çatdırmaqdır. Bildiyiniz kimi, bəzən hava şəraiti də işlərin ləngiməsinə səbəb olur. Həmin arenada rəsmi oyunları da qəbul edə biləcəyik”.
Klub rəsmisi yeni mövsümlə bağlı hədəflərdən də danışıb. O bildirib ki, komanda I Liqada da Premyer Liqa səviyyəsinə uyğun kollektiv formalaşdırmağa çalışacaq.
“Əlbəttə ki, əsas hədəfimiz yenidən Premyer Liqaya vəsiqə qazanmaqdır”,- deyə E.Əjdərli vurğulayıb.
Qeyd edək ki, “Karvan-Yevlax” 2000-ci illərin əvvələrində həmin meydançada rəsmi oyunlar keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 23 İyun 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















