Icma.az
close
up
RU
“Karvan Yevlax” “qara zolaq”dan, “Kəpəz” sonuncu pillədən qurtulacaqmı?

“Karvan Yevlax” “qara zolaq”dan, “Kəpəz” sonuncu pillədən qurtulacaqmı?

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Misli premyer-liqasında 9-cu tura start veriləcək.

İlk oyun günündə iki matça şahidlik edəcəyik. Şamaxıda “Karvan-Yevlax”la “Turan Tovuz”, Qəbələdə “Kəpəz”lə “İmişli” qarşılaşacaq. Görüşlər “CBC Sport”un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
1-ci dövrə, 9-cu tur
24 oktyabr
Karvan-Yevlax –Turan Tovuz 0:0

“Karvan-Yevlax” bu rəqiblə qarşılaşmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 20-30-50.
Şamaxı, şəhər stadionu. Saat 14.30.
“Karvan-Yevlax”ın turdan-tura pisləşən durumuna ən qısa zamanda müdaxilə edilməlidi. Son 6 matçda qələbə qazana bilməyən komanda 11-ci pilləyə qədər enibsə, yolunda getməyən şeylər var. Ancaq söhbətin konkret nədən getdiyini nə klub rəhbərliyi tapa bilir, nə də baş məşqçi Azər Həşimov. Əminik ki, klubun idman direktoru Kənan Kərimov da belə acınacaqlı problemlərin qarşısında acız qalıb. Bəli, “Karvan-Yevlax” ev oyunlarını təmsil etdiyi şəhərdə keçirmir. Ancaq bu gün məhz bu məqamın uğursuzluqların səbəbi kimi azarkeşlərə sırınması qəbuledilməzdi.
Təsəvvür edin, klub stadionun ot örtüyü üçün sertifikat almağa belə qadir deyil. Səbəb soruşanda “bu gün... sabah” deyirlər ki, artıq belə sözlərə də inam itib. Ümumiyyətlə, indiki durumda “Karvan-Yevlax”ın “Turan Tovuz” kimi rəqibə müqavimət göstərəcəyini iddia etmək dəlilikdi. Bəli, ötən həftə “Qarabağ”a uduzan “bozqurd”un psixoloji durumu yaxşı olmaya bilər. Ancaq tovuzlular yevlaxlılarla da bacarmasa, gərək klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev mövsümə çempionluq iddiasıyla başladığına görə min peşman ola...
Kəpəz – İmişli
“Kəpəz” bu rəqiblə qarşılaşmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Qəbələ, şəhər stadionu. Saat 17.00.
Azər Bağırovun baş məşqçi postuna təyinatından sonra oyun tərzində yaxşı mənada böyük ölçüdə dəyişiklik hiss olunan “Kəpəz” bu dəfə debütant olsa da, mövsümə iddialı başlayan “İmişli”ni qəbul edəcək. Əlbəttə, Gəncə təmsilçisi premyer-liqada qalmaq istəyirsə, məhz belə rəqiblərlə mübarizədə qələbəyə nail olmağın yollarını tapmalıdı. Hər halda, “sarı-göylər” “Şamaxı” üzərində böyükhesablı qələbə qazanmaqla azarkeşlərinə ümid bəxş etməyi bacardı. İndi uğurun davamını gətirmək lazımdı ki, komandanın uğursuzluqların fəsadlarından qurtulması prosesi daha da sürətlənsin. Ancaq son 3 matçda qələbə qazana bilməyən Aran təmsilçisinin bu oyunu böyük ümidlə gözlədiyini unutmaq olmaz. Axı turnir cədvəlindəki mövqeyini gücləndirmək istəyən “pələnglər” daha bir qələbəylə ortabablar sırasındakı mövqeyini yaxşılaşdıra bilər. Odu ki, xala hava-su kimi ehtiyacı olan komandaların duelini diqqətdə saxlamalıyıq.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri