Icma.az
close
up
RU
“Karvan Yevlax”, Şeydayev, İliç və Abbasov haqqında

“Karvan Yevlax”, Şeydayev, İliç və Abbasov haqqında

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

İnanmıram ki, dünyanın hansısa ən geridəqalmış ölkəsində belə bu cür hadisə yaşanar. Amma bizdə oldu.

Baş məşqçini yola salmadan onun yerinə adam gətirdilər və həmin o yeni məşqçi meydana komanda çıxardı, futbolçulara göstəriş verdi. Hətta oyundan sonra mətbuat konfransında da iştirak etdi. Mənim Füzuli Məmmədova böyük hörmətim var. Zamanında birlikdə efirə də çıxmışıq, futbolu müzakirə etmişik. Onun dəyərli fikirlərinə qatılmışam, bir çox məsələlərdə eyni mövqedən çıxış etmişik. Amma son yaşananlara görə mən Füzuli bəyə heç cür haqq qazandıra bilmərəm. Gərək özü də bu işə qol qoymayaydı, “Karvan-Yevlax”ın rəhbərliyinin Azər Həşimovu sivil qaydada, peşəkarlığa sığan şəkildə yola salmasını gözləyəydi. Di gəl ki, gözləməyib, yaxud da buna səbri çatmayıb.
İndiyə qədər cübəcür qəribə olaylarla qarşılaşmışıq. Samir Abasovun “Sumqayıt”ın baş məşqçisi ola-ola “Neftçi”yə gəlmək üçün gün saydığını belə görmüşük. Lakin beləsi olmamışdı, bunu da bizə göstərdilər. Allah Azərbaycan futbolunu daha böyük biabırçılıqlardan qorusun. Məlum məsələdi ki, Həşimov da Samir Abasov kimi təzminatını tələb etdiyinə görə “Karvan-Yevlax” onunla yolları rəsmən ayıra bilmir. Hələ yaxşı ki, adamı hədələyib, döyə-döyə istefa ərizəsi yazmağa məcbut etmirlər. Deyəsən, bu gedişlə həmin günlər də uzaqda deyil. Dünya futbolunda “ilklərə” imza atmağa” davam edəcəyik. “Karvan-Yevlax”ın “Qarabağ”la oyununda diqqətimi çəkən təkcə Füzuli Məmmədov olmadı. Ramil Şeydayevi də uzun müddətdən sonra iş başında, topun arxasında qaçan, qol vurmağa çalışan gördüm. Qurban Qurbanov əsas heyətə düşməyə çətinlik çəkən bir sıra futbolçularla yanaşı, Ramil Şeydayevə də şans vermişdi. Rəqib turnir cədvəlinin sonuncusu, həvəskar səviyyəli “Karvan-Yevlax” olduğundan, Qurban bəyin bu addımı anlaşılandı. Hər kəs “Qarabağ”ın ehtiyat qüvvəsinin hansı vəziyyətdə olduğunu görəcəkdi. Gördük də. Bir şeyə əmin olduq ki, Ramil Şeydayev futbolçu kimi yaxşı günlərini xeyli arxada qoyub. Adamın meydanda qaçmağa halı, topa qüvvətli zərbə vurmağa gücü yoxdu. Bir az çevik hərəkət edən kimi yorulur, həlledici məqamlarda topa məktəblilər sayağı zərbə vururdu. Çətin ki, “Qarabağ”dan sonra hardasa ona bu şansı verələr. Təklif edirəm ki, Ramil qazandığı pullardan yeməyinə də bir az xərcləsin, güc toplasın. Yoxsa meydandakı görüntüsü heç də ürəkaçan deyil. Sanki ona yemək vermirlər.
Heç şübhəsiz, turun ən baxımlı oyunlarından biri Şamaxıda yerli komandanın “Sumqayıt”la qarşılaşması idi. Qonaqlar əzmkar qələbə qazandılar, futbolda sona qədər mübarizə aparmağın nə qədər vacib olduğunu göstərdilər. Təəssüf ki, Ramalinqomun “Sumqayıt”a qələbə gətirən qolundan sonra Saşa İliç emosiyalarını cilovlaya bilmədi və Ayxan Abbasova münasibətdə qeyri-etik jest edib, öz dilində nələrsə söylədi. Serbiyalı mütəxəssisin sonradan səhvini anlamasını, üzrxahlıq etməsini alqışlayıram. Amma içimizdəki İliçdən daha çox serb olanlar onun müdafiəçisinə çevrilib, məşqçinin hərəkətlərində tərbiyyəsizlik olmadığını düşünürlər. Adam özünü günahkar bilir, bizimkilərsə yox. Təsəvvür edə bilmirəm ki, bir azərbaycanlı məşqçi gedib Serbiyada bu hərəkəti yerli mütəxəssisə, özü də milli komandanı çalışdıran birinə qarşı edə bilər. “Sumqayıt”ın prezidenti Riad Rəfiyev hər nə qədər Ayxan Abbasovdan acıqlı olsa da, İliçi tənbeh etməli, belə davranışa son qoymağı tələb etməlidir. Abbasov bizdən biridi, onu tənqid də edərik, tərif də. Lakin bir serb məşqçinin gəlib ona hücum etməsinə göz yuma bilmərik. Bunu unutmayın.
AMAL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:277
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Dekabr 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri