“Karvan Yevlax” U 10 Liqasından kənarlaşdırılıb, Oqtay Əlizadə altı aylıq cəza alıb
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AFFA U-10 Liqasında iştirak edən “Karvan-Yevlax”ı və baş məşqçisi Oqtay Əlizadəni cəzalandırıb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar verib.
SUHB komandasına məxsus futbolçunu müxtəlif oyunlarda ən azı üç dəfə öz heyətinə cəlb etdiyinə görə “Karvan-Yevlax” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib, komanda yarışlardan kənarlaşdırılıb.
Həmçinin komandanın baş məşqçisi Oqtay Əlizadənin altı ay müddətinə futbola aid istənilən fəaliyyətdə iştirak etməsi qadağan edilib (maddə 99, 79.4, 97.1, 97.2, 11.3).
Baxış sayı:164
Bu xəbər 22 Aprel 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















