Icma.az
close
up
RU
“Karvan Yevlax” yenə uduzdu, “Sumqayıt” “Zirə”ni qabaqladı

“Karvan Yevlax” yenə uduzdu, “Sumqayıt” “Zirə”ni qabaqladı

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Karvan-Yevlax - Sumqayıt 0:2 (0:2)
99. Pedro Mateuş - 4,5
(1. Kamran İbrahimov, 46) - 4,5
37. Mois Nqvisani – 5,0
5. Emin Rüstəmov - 5,0
4. Olavale Doyeni – 4,0
(33. Eltun Turabov, 46) - 4,5
2. Şakil Sno – 4,5
6. Vadim Abdullayev – 4,5
16. Rauf Rüstəmli - 4,0
(32. Elvin Yunuszadə, 30) - 4,5
11. Kayl Spens – 5,0
19. Tompson Qavi – 4,5
7. Araz Abdullayev (k) - 4,5
(17. Samir Abdullayev, 46) - 5,5
20. Coy-Sleyd Mikels – 4,0
(14. Uğur Cahangirov, 76) - qiymətsiz
Ehtiyat oyunçular
25. Əmrah Bulud
42. İbrahim Qədirzadə
13. Vüsal Məsimov
77. Əli Abdullayev
8. Peter Kinqs
10. Samuel Durrant
21. İmani Barker
Komandanın ən yaxşısı: Samir Abdullayev
Baş məşqçi: Fizuli Məmmədov
22. Xəyal Fərzullayev - 6,0
80. Keffel Resende – 5,5
(97. Vüsal Paşayev, 84) - qiymətsiz
72. Rayan Senhadji – 5,5
33. Daniel Beskorovaynı - 6,0
25. Abdul Raşid Mumini – 6,0
95. Nsane Simon – 5,0
(19. Roy Kehat, 46) - 5,5
8. Səbuhi Abdullazadə (k) - 5,5
23. Ronaldo Vaskes – 7,0
10. Nikola Ninkoviç - 6,5
(71. Masaki Murata, 77) - qiymətsiz
11. Aleksa Yankoviç - 6,5
(37. Nihad Orucəli, 66) - 6,0
9. Aleksandr Ramalinqom – 6,0
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
12. Murad Ağamalıyev
3. Höccət Haqverdi
24. Sənan Muradlı
64. Kənan Feyziyev
Komandanın ən yaxşısı: Ronaldo Vaskes
Baş məşqçi: Saşa İliç
Qollar: A.Yankoviç, 20 (0:1, R.Vaskes). R.Vaskes, 33 (0:2, N. Ninkoviç).
Vərəqələr: A.Abdullayev, 28 (qeyri-idman hərəkəti). E.Yunuszadə, 60 (qeyri-idman hərəkəti). K.Resende, 77 (oyunun bərpasının ləngidilməsi). R.Kehat, 81 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ƏLİ ƏLİYEV, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov (hamısı Bakı).
VAR hakimi: İnqilab Məmmədov (Bakı).
VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: Bəhram Qurbanov (Bakı).
30 yanvar. Yevlax. Şəhər stadionu. 700 tamaşaçı (6000 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Qış fasiləsindən sonra keçirdiyi ilk görüşdə məğlub olan komandaların duelində favoritin qonaqlar olduğu əvvəldən bəlli idi. İlk və son qələbəsini avqustun 23-də qazanan Yevlax təmsilçisi baş məşqçini dəyişsə də, nəticələr yaxşıya doğru dəyişməyib, əksinə, daha da pisləşib.

Bu oyun da, gözlənildiyi kimi, qonaqların dominantlığı şəraitində keçdi. Lakin ilk təhlükəli vəziyyəti Fizuli Məmmədovun komandası yaratdı. Raufun qapıçı meydançası xaricindən qüvvətli zərbəsini Xəyal yaxşı çıxardı. 5-ci dəqiqədə cərimə zərbəsini yerinə yetirən Araz da topu tirin üstündən vurdu. Bundan sonra oyunun sonuna qədər “Sumqayıt”ın üstünlüyü hökm sürdü. 17-ci dəqiqənin tamamında yeni transfer Danielin ötürməsindən sonra qapıçı ilə üzbəüz qalan Ninkoviç topu tora qovuşdurdu. Lakin ofsayd bu qolun qeydə alınmasına mane oldu. 3 dəqiqə sonra Nikola özü qol vurmasa da, komandası hesabı açdı. Ronaldo bir ötürmə ilə “Karvan-Yevlax” müdafiəsini yardı və topu Yankoviçə çatdırdı. Yankoviç isə topu uzaq küncə göndərərək hesabı açdı.
25-ci dəqiqədə Ronaldo qol vurmağa yaxın oldu. O, qapıçı ilə üzbəüz qalsa da, Mateuş səddini aşa bilmədi. Mateuş 27-ci dəqiqədə Yankoviçin də zərbəsinin qarşısını aldı. 30-cu dəqiqədə Yankoviç yenə də qapıçı ilə təkbətək qaldı. Lakin yenə də bu səddi aşa bilmədi. 33-cü dəqiqədə isə “kimyaçılar” növbəti dəfə qol istəyinə çatdı. Yankoviçin hiyləgər ötürməsini qəbul edən Ninkoviç topu qapı qarşısına ötürdü və Emini qabaqlayan Ronaldo hesab arasında fərqi artırdı. Amma 41-ci dəqiqədə fərq azala bilərdi. Eminin başla zərbəsindən sonra top Xəyalı da keçdi, lakin Mumini düz qapı xəttindən topu məharətlə çıxardı.
2-ci yarı isə olduqca aşağı tempdə getdi. Ev sahiblərinin baş məşqçisi maraqlı dəyişikliklərlə yadda qaldı. Qapıçı ilə vingerləri dəyişdi, “beşli” müdafiəyə keçdi. 48-ci dəqiqədə Spensin uzaqdan zərbəsi zəif və qeyri-dəqiq alındı. 55-ci dəqiqədə Emin yenə qola yaxın oldu. Onun baş zərbəsini Xəyal inamlı şəkildə çıxardı. İkinci hissənin ortaları o qədər maraqsız və cansıxıcı keçirdi ki, artıq azarkeşlər də oyunun bitməsini istəyirdi. Son 10 dəqiqə isə müəyyən qədər həyəcanlı alındı. 80-ci dəqiqədə Səbuhinin zərbəsi tirin üstündən keçdi. 84-cü dəqiqədə isə Samir fürsəti də dəyərləndirə bilmədi. 90+4-cü dəqiqədə mövsümün qolu vurula bilərdi. Mumininin ötürməsindən sonra Ramalinqom 2018-ci ildə Kriştiano Ronaldonun “Yuventus”a vurduğu məşhur akrobatik zərbənin oxşarından vurdu. Lakin Kamran inamlı oynadı.
Beləliklə, xalını 30-a çatdıran “Sumqayıt” “Zirə”ni geridə qoyaraq “Turan Tovuz”la 3-cü pilləni bölüşür. “Karvan-Yevlax” isə artıq ümidsiz autsayderdi.
Gözdən qaçmadı
// Oyunu izləyənlər arasında yığmanın və “Şamaxı”nın məşqçisi Elnur Çodarov da var idi.
// Fasilədə qaraçılar stadiondan top oğurladı.
// İkinci hissə başlayanda Fizuli Məmmədov yerində deyildi.
// İcraçı direktordan mətbuat katibinə qədər “Karvan-Yevlax”da hər kəs bir-biriylə ratsiya ilə əlaqə saxlayır. Çox süni və qeyri-səmimi görünürdü.
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Fevral 2026 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri