“Karvan Yevlax”dan ayrılıb, amma saytda hələ də baş məşqçidir: “Heç bir təzminat da ödəməyiblər” MÜSAHİBƏ
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“İnanın, çox istəyirəm ki, “Karvan-Yevlax” yüksək liqada qalsın. Ona görə ki, futbolçular əmək sərf edir, hansı şəraitdə, hansı zəhmət qarşılığında oyunlara hzırlaşdıqlarını bilirəm”.
Bunu “Karvan-Yevlax”dan ayrılsa da, hələ də Peşəkar Futbol Liqasının rəsmi saytında baş məşqçisi kimi qeydiyyatda olan Azər Həşimov sportal.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- “Karvan-Yevlax”la məsələniz həll olundu, klub sizə istədiyiniz təzminatı ödədi?
- Xeyr, məsələ hələ ki həll olunmayıb. Heç bir təzminat da ödəməyiblər.
- Bəs, klub rəsmiləri ilə danışmısız, nə deyirlər sizə? Təzminatınızı ödəyəcəklərini bildiriblər?
- Klubdan heç kəs mənimlə əlaqə saxlamayıb. 2025-ci il dekabrın 1-də poçt vasitəsi ilə məktub gəlmişdi ki, məşqlərə niyə gəlmirsən? Halbuki noyabrın 24-də iclas keçirərək, Füzuli Məmmədovu baş məşqçi postuna təyin etmişdilər. Özüm də dekabrın 2-də Yevlax şəhər stadionunda olmuşam. Dekabrın 3-də “Qarabağ”la kubok görüşündə “Azərsun Arena”da canlı olaraq matça baxmışam. Ondan sonra heç kəslə danışmamışam, mənimlə də əlaqə saxlamayıblar.
- Təzminatı ödəməyəcəkləri təqdirdə, AFFA-ya və ya FİFA-ya şikayət etməyi planlaşdırırsınız?
- Təzminatımı ödəməyəcəkləri təqdirdə, Azərbaycan Respublikasının qanunlarını pozmuş olacaqlar. Yəni müqavilənin şərtlərinə riayət etməmiş olurlar. Vəkilim olan Elcan Həsənli də bu işlə məşğuldur.
- Peşəkar Futbol Liqasının rəsmi saytında “Karvan-Yevlax”ın baş məşqçi postunda hələ də sizin adınız gedir. Halbuki komanda sizdən sonra nə qədər oyuna çıxıb. Bunu qeyri-peşəkarlıqdan başqa bir şey adlandırmaq olmur. Siz klubda çalışanda da qeyri-peşəkarlıqların olduğunu sezirdiz?
- Bu suala məncə “Karvan-Yevlax” klubunun direktoru cavab versə, daha yaxşı olardı.
- “Karvan-Yevlax”ın Premyer Liqadakı yerini qoruyub-saxlayacağına inanırsız? Sizin vaxtınızda komanda daha yaxşı görünürdü, yoxsa Füzuli Məmmədovun başçılığı altında kollektiv daha yaxşıdır?
- İnanın, çox istəyirəm ki, “Karvan-Yevlax” yüksək liqada qalsın. Ona görə ki, futbolçular əmək sərf edir, hansı şəraitdə, hansı zəhmət qarşılığında oyunlara hzırlaşdıqlarını bilirəm. Ona görə çox istəyərdim ki, çəkdikləri zəhmət, sərf etdikləri əməkləri boşa getməsin, istədiklərinə nail olsunlar. “Karvan-Yevlax” komandasına uğurlar arzulayıram. Qaldı ki, müqayisəyə, cəmi 1 oyuna baxmışam. O da canlı olaraq, “Qarabağ”la kubok görüşünə, “Azərsun Arena”da. Qalan heç bir matçı izləməmişəm. Baxmayaraq ki, PFL-də rəsmi olaraq komandanın baş məşqçisi mənim adım gedir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 12 Yanvar 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















