Icma.az
close
up
RU
“Karvan Yevlax”ın futbolçusu: “Heç kim məndən üstün ola bilməz”

“Karvan Yevlax”ın futbolçusu: “Heç kim məndən üstün ola bilməz”

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Hazırlıq plan üzrə davam edir”.

Bu sözləri “Karvan-Yevlax” klubunun futbolçusu Vadim Abdullayev deyib.
31 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasında mövsümün ikinci yarısına hazırlıqla bağlı fikirlərini bölüşüb.

“Çalışırıq ki, çatışmayan cəhətlərimizi aradan qaldıraq, səhvlərimizi minimuma endirək. Zaman hər şeyi göstərəcək”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Oyunçu 16 turdan sonra komandanın altı xalla turnir cədvəlinin son pilləsində qərarlaşmasına da münasibət bildirib:
“Bunun səbəbləri çoxdur, konkret nəyinsə üzərində dayanmaq olmaz. Biz komanda olaraq hər şeyi bilirik, dərk edirik. Ona görə də hamımız bir yerdə əlimizi daşın altına qoymalı və bu vəziyyəti Allahın izni ilə düzəltməliyik”.
V.Abdullayev heyətə yeni futbolçuların cəlb olunmasına da toxunub:
“Ümid edirəm ki, bu dəyişikliklər hamı üçün xeyirli olar. İnşallah, hər kəs komandaya fayda verər. Zaman hər şeyi göstərəcək”.
Yarımmüdafiəçi 17-ci turda çempionluq uğrunda mübarizə aparan “Sabah”la keçirəcəkləri qarşılaşma barədə də danışıb:
“Mənim mentalitetimdə zəif və güclü anlayışı heç vaxt olmayıb. Meydançaya ayaq basıramsa, orada heç kim məndən üstün ola bilməz. Getdiyim hər bir idman növündə belə bir xarakterə sahib olmuşam. Rəqibin güclü və keyfiyyətli olduğunu bilirik. Amma meydana uduzmaq üçün çıxmırıq. İnsan həyatda özünə inanmalı, özünə güvənməlidir, qalanını Allaha buraxmaq lazımdır. Əsas odur ki, öz işini mərdliklə görəsən, ürəkli olasan. Hamı eyni cür düşünsə, işimiz Allahın izni ilə daha da asanlaşar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Yanvar 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri