Icma.az
close
up
RU
“Karvan Yevlax”ın müdafiəçisi: “Neftçi” ilə matç da bizim üçün fərqli olmayacaq”

“Karvan Yevlax”ın müdafiəçisi: “Neftçi” ilə matç da bizim üçün fərqli olmayacaq”

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Son oyunlara baxsaq, vəziyyətimizə yaxşı demək olmaz".

İdman.biz xəbər verir ki, bunu “Karvan-Yevlax”ın müdafiəçisi Eltun Turabovun futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Premyer Liqanın son turunda “İmişli”yə böyük hesabla uduzdunuz. Oyunu necə dəyərləndirirsən?

– İdman belədir, udmaq da var, uduzmaq da. Bunu hamı bilir. Oyunumuz istədiyimiz kimi alınmadı. “İmişli” ilə matçı unudub qarşıdakı oyuna hazırlaşacağıq.

– Komanda 5 tura 1 qələbə qazanıb…

– Son oyunlara baxsaq, vəziyyətimizə yaxşı demək olmaz. İnşallah, qarşıdakı matçlara hazırlaşacağıq. Yaxşı nəticələr əldə etmək istəyirik.

– “Karvan-Yevlax”da çox meydana çıxmırsan, daha çox ehtiyatda oturursan. Bu, sənin üçün çətin deyil?

– Bu, baş məşqçinin qərarıdır. Çətin də olsa, buna hörmətlə yanaşıram. Ümid edirəm ki, qarşıdakı matçlarda daha çox meydana çıxacam.

– “Karvan-Yevlax” Premyer Liqada yerini qoruya biləcək? Bunun üçün nə lazımdır?

– Düşünürəm ki, bunu bacararıq. Hər oyunda xal toplamağa çalışırıq. Məqsədimiz xallar yığıb Premyer Liqada qalmaq üçün mübarizə aparmaqdır.

– Qarşıda “Neftçi” ilə oyun var. Çətin rəqibdən xal ala biləcəksiz?

– Bəli, bilirik ki, güclü rəqibə qarşı səfərdə çətin oyun keçirəcəyik. Hər oyuna xal yığmaq üçün çıxırıq. “Neftçi” ilə matç da bizim üçün fərqli olmayacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Sentyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see596

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see137

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see136

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see136

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see135

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see133

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see129

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see129

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see128

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see128

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see128

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see127

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see126

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see126

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see126

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see124

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see124

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri