Icma.az
close
up
RU
“Karvan”la “İmişli” nə etmək istəyir?

“Karvan”la “İmişli” nə etmək istəyir?

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Bəli, ölkə futbolunun coğrafiyasını genişləndirmək, bu oyunu bölgələrə yaymaq çox maraqlı və cəlbedici ideyadı. Baxmayaraq ki, bu tendensiya bəzi hallarda şüarçılıq xarakteri daşıyır, pafos niyyətin üstünə çıxır.

Məsələn, “Araz-Naxçıvan” ardıcıl iki mövsümdü Bakıya sığınıb. O boyda Muxtar Respublika heç cür işıqlandırma və qazon problemini çözə bilmir. Mən bu məsələ ilə bağlı siyasi əngəldən də xəbərdaram. Əlbəttə, Zəngəzur dəhlizi açılmayınca, Bakı ilə Naxçıvan arasında birbaşa quru əlaqə bərpa olunmayınca ora səfər edəcək klublar böyük xərclər ilə üzləşəcək. Amma Naxçıvanda bu gün müasir standartlara cavab verən, çempionat oyunlarını qəbul edəsi stadion varmı? Yoxdu!
Dəhliz açılmaqda olsun, biz başqa məqamlara toxunaq. “Qarabağ”ın Ağdamı təmsil etməsi də şərti xarakter daşıyır. 12 qat çempion sabah oyunlarınl məhz Ağdamda keçirməli olsa, adlı-sanlı legionerləri qalacaq, yoxsa baş götürüb qaçacaq? Şəxsən mənim üçün ritorik yox, ağlamalı sualdı. Mümkün köç “Qarabağ”ın əzəmətini azaldacaq. Bunu deyirəm, təfərrüata varmağa ehtiyac görmürəm.
İndi də başqa bir problem yaranıb. AFFA bölgə təmsilçilərini elitaya buraxanda da qınanır, buraxmayanda da. İş ondadı ki, elitada oynamaq haqqı qazanan üç bölgə komandasından yalnız “Qəbələ” standartdlara uyğundu. “Qırmızı-qaralar”ın düşərgəsində də oyunlara “Bakıda, yoxsa Qəbələdə hazırlaşaq” sualı müzakirə mövzusudu, ancaq stadionları yaxşı səviyyədə olduğuna görə istənilən qədər müzakirə edə bilərlər, klubdaxili məsələdi, hər halda, ev oyunlarını doğma şəhərdə keçirəcəklər.
“İmişli” və “Karvan” ilə bağlı vəziyyət fərqlidi.
Məsələn, “Qəbələ” rəsmiləri bu iki komandanın stadionunda oynamağın zərərindən danışır, hətta bunun təhlükəli olduğunu deyirlər. AFFA İcraiyyə Komitəsi adı çəkilən komandalara bir il möhlət verdi ki, kəm-kəsirləri düzəltsinlər. Əslində həmin qərardan dərhal sonra işə başlamalıydılar. Amma nə görürük? Həm “İmişli”nin, həm də “Karvan”ın düşərgəsindən Bakıya köçməklə bağlı siqnallar gəlir.
Yaxşı, stadionunuz hazır deyilsə, ilk növbədə qonşu rayonlarla bağlı seçim etməlisiz. “İmişli” “Səbail”in elitadan getməsini gözləmədən AFFA ilə danışığa başlayıb, ev oyunlarını “ASKO Arena”da keçirməklə bağlı razılıq alıb. Bunun nə dərəcədə etik yanaşma olmasıyla işim yoxdu. Məgər sizi Bakıda gözləyən varmı? Bu sual həm “İmişli”yə, həm də “Karvan”a ünvanlanıb. Onsuz da aşağı dəstədən 2-3-cü yerin sahibi kimi gəlməklə autsayder statusu ilə barışmısız. Üstəlik azarkeşiniz də yanınızda olmayacaqsa, nəyə ümid edirsiz?
Bir sözlə, bu yöndə vəziyyət çətindi. “İmişli” ilə “Karvan” hələ elitaya vəsiqənin eyforiyasını yaşayır. Amma buranın standartları da başqadı, tələbləri də, oyun səviyyəsi də. Görəcək günləriniz irəlidədi!
ORXAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 May 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see338

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see337

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see326

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see289

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see256

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see225

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see223

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see221

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see213

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see207

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see204

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see188

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see183

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see172

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see166

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see162

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see157

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see150

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri