“Karvina” “Turan Tovuz”un taleyini yaşadı, “Qarabağ”ın yolu açıldı
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Ölkəmizin avrokubokdakı təmsilçiləri, konkret “Qarabağ” ilə bağlı xoş xəbər var. UEFA Çexiya kubokunun qalibi “Karvina”nı danışılmış oyunlarda iştiraka görə avrokuboklardan kənarlaşdırıb ki, bu qərar da ağdamlıların Avropa Liqasının əsas mərhələsinə yolunu xeyli asanlaşdırıb. “Qarabağ”ın 1-ci təsnifat mərhələsində “Vestri”, 2-ci təsnifat mərhələsində isə ÇSKA (Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacağını bilirsiz. 3-cü mərhələnin püşkü iyulun 20-də atılacaq. “Qarabağ” ilk iki mərhələni uğurla keçəcəyi təqdirdə 3-cü mərhələnin püşkündə “səpələnməmişlər” sırasında olacaqdı. Belədə 3-cü mərhələdə ağdamlıların bəxtinə “Benfika”, “Reyncers”, “Ferentsvaroş”, “Midtüllann”, PAOK, “Zaltsburq”, “Viktoriya” (Plzen) kimi komandalardan biri düşəcəkdi. Amma “Karvina”nın cəzalanması vəziyyəti köklü şəkildə dəyişib. “Karvina” Çexiyanın yüksək reytinqinə görə Avropa Liqasında mübarizəyə pley-offdan başlayacaqdı. Ancaq indi onun yerini mövsümü 3-cü yerdə bitirən Plzen “Viktoriya”sı tutub. Belədə “səpələnməmişlər” sırasında ən yüksək reytinqə malik olan “Qarabağ” da 3-cü mərhələnin püşkatmasında avtomatik “səpələnmişlər” sırasına düşüb.
Ağdamlılar ilk iki mərhələni uğurla keçərsə, 3-cü təsnifat mərhələsində qarşılaşmaq ehtimalı olan komandalar bunlardı: “Yagelloniya”, “Hammarbü”/“Anderlext” cütünün qalibi, “Tromse”/“Hradets Kralove” cütünün qalibi, “Makkabi” (Təl-Əviv), “Şerif”, “Alüminiy”, “Pafos”, “Hayduk”, “Jilina”, ÇL-in “Şturm”/“Harts” cütünün məğlubu, ÇL-in “Fənərbaxça”/“Qurnik” cütünün məğlubu.
Nəhayət, “Qarabağ” ilk üç mərhələni keçərsə, pley-offun püşkatmasında da “səpələnmişlər” sırasında olacaq. Ağdamlılar üçün turnirin əsas mərhələsinə düşmək baxımından geniş perspektivlər açılıb. Bircə bu pillələri addım-addım qalxmaq qalır...
ORXAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 04 İyul 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















