Icma.az
close
up
RU
Kasıb ailənin taleyini dəyişən tapıntı

Kasıb ailənin taleyini dəyişən tapıntı

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1980-ci ildə adi metal detektor siqnalı avtobusda yaşayan bir kişinin bütün həyatını dəyişdi.

Azpost.info bildirir ki,  26 sentyabr 1980-ci ildə Kevin Hillier Avstraliyanın Viktoriya şəhərindəki keçmiş Kingover Dövlət Məktəbinin yaxınlığındakı meşəlik ərazini araşdırırdı. Bir anda onun metal detektoru qeyri-adi bir tapıntıya səbəb olan siqnal işə saldı. Təxminən 30 santimetr dərinlikdə o, “İnam əli” adlandırılan nəhəng bir qızıl külçə tapdı. Onun çəkisi 27,21 kiloqram, uzunluğu təxminən 47 santimetr, eni isə 20 santimetr idi.

Avtobusda yaşayan kasıb Kevin

Belindən ciddi zədə almış Kevin əməliyyat olunmuşdu. Həkimi ona reabilitasiya üçün müntəzəm olaraq gəzməyi tövsiyə etmişdi. Ailə bu gəzintini biznesə birləşdirmək üçün qızıl axtarışı ilə məşğul olmağa qərar verdi.

Hillier ailəsi 6 nəfərdən (Kevin, həyat yoldaşı Bep və dörd uşağı) ibarət idi. Çox ciddi maddi çətinlik çəkirdilər. Şəxsi evləri belə olmayan bu ailə köhnə avtobusda yaşayırdı. Kevin sığorta pulları hesabına bazardan ən son cihazı – Garrett metal detektorunu alır.

Məlumata görə, tapıntı günü ərəfəsində Kevin yuxuda yerdən çıxarmaq mümkün olmayan nəhəng bir qızıl külçə tapdığını görür.

Xəzinə necə tapılıb?

26 sentyabr 1980-ci ildə Kingover ərazisində (doğma şəhərləri Wedderburn yaxınlığında) Kevin detektoru ilə daha bir gəzintiyə çıxır. Bir neçə saat gəzdikdən sonra o və həyat yoldaşı şəhərə qayıtmaq qərarına gəlirlər. Elə qayıtmaq üzrə olanda detektor çox güclü, lakin qəribə bir siqnal verir.

Səs o qədər yüksək idi ki, Kevin əvvəlcə detektorun qırıldığını və ya paslı dəmir parçasının və ya köhnə təkərin spiralın altına ilişdiyini düşünür. Hətta keçib getmək istəyir. Amma ani qərarla yeri yoxlamaq qərarına gəldi.

Təxminən 30 santimetr torpaq qazdıqdan sonra Kevin sarı metalın kənar hissənin çıxdığını görür. Külçə şaquli şəkildə yerin altında idi. Cütlük daha dərin qazdıqca qızıl tükənmirdi, əksinə daha da böyüyürdü. Kevinin belindəki zədə səbəbindən qazma fiziki cəhətdən çətin idi. 27 kiloqramlıq nəhəng qızıl külçəsinin çıxarılması bir neçə saat çəkir. Tapıntını maşına yükləyir və bir ay sonra mətbuat konfransında rəsmi olaraq təqdim etdilər.

Bundan sonra ailə kasıblığın daşını atır və həmişəlik rahat bir həyat təmin etdilər.

Gözlənilməz kəşf ailəsinin vəziyyətini əhəmiyyətli dərəcədə dəyişdirdi. 1981-ci ildə külçə Las Vegasdakı Golden Nugget Hotel and Casino tərəfindən 1 milyon dollara alındı. O vaxtdan bəri orada ictimaiyyətə nümayiş etdirilir.

Bu kəşf metal detektorla indiyə qədər tapılan ən böyük qızıl külçə oldu. Bu rekord hələ də qüvvədədir.

Bütün məlum tapıntılar arasında yalnız 1869-cu ildə Avstraliyada tapılan təxminən 72 kiloqram ağırlığında olan əfsanəvi Welcome Stranger külçəsi Kevinin tapdığı qızıldan daha böyük olub.

Sunay Aydın

https://www.youtube.com/watch?v=CLyYnEKbtt4

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 İyul 2026 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri