Kasım Jomart Tokayev: “Tramp ABŞ yə Tanrı tərəfindən göndərilib“ VİDEO
Icma.az bildirir, Moderator.az portalına istinadən.
"Prezident Donald Tramp Birləşmiş Ştatlara Tanrı tərəfindən göndərilmiş böyük dövlət xadimidir".
Moderator.az "AKIPress"ə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib.
Qazaxıstan lideri ABŞ-də prezident seçkisində Trampın qələbəsindən düz bir il keçdiyini xatırladıb.
"Mən əminəm ki, siz böyük dövlət xadimisiniz, sağlam düşüncəni və bizim üçün qiymətli olan ənənəvi dəyərləri ABŞ-nin daxili və xarici siyasətinə qaytarmaq üçün Tanrı tərəfindən göndərilmisiniz", - deyə o bildirib.
Tokayev əlavə edib ki, ABŞ liderinin siyasətini bütün dünyada dəstəkləyirlər.
Xatırladaq ki, noyabrın 6-da Vaşinqtonda "Mərkəzi Asiya + ABŞ" (C5+1) sammiti keçirilib. Sammit çərçivəsində Qazaxıstan və ABŞ 17 milyard dollarlıq investisiya müqavilələri imzalayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 07 Noyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















