Icma.az
close
up
RU
Kaspi 144 yaşında!

Kaspi 144 yaşında!

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Kaspi" qəzetinin ilk nömrəsinin çıxmasından 144 il ötür.

"Kaspi" ilk dəfə 1881-ci il yanvarın 1-də, cümə axşamı çıxıb. Redaksiya nəşrə ilin ilk günündən başladı ki, ilk nömrəni təbriklərlə bəzəsin: "Biz Yeni ilin bu ilk günündə həmvətənlərimizə bir səbət xoşbəxtlik və hər cür dünyəvi nemətlər arzulamaq zövqündən imtina edə bilmədik. Ümid edirik ki, buna görə heç kim bizdən incik düşməyəcək".

Uzun müddət "Kaspi" Bakıda yeganə dövri nəşr olub. Əvvəlcə qəzet həftədə iki dəfə, sonra üç dəfə çıxıb. 1884-cü ildən isə qəzet gündəlik olub.

Qəzetin ilk baş redaktoru Viktor Kuzmin olub. 1888-ci ildə "Kaspi"nin redaksiyasına bakılı müəllim Vladimir Liçkus rəhbərlik edib. Daha sonra səkkiz il ərzində "Kaspi" qəzetinin redaktoru Bakı quberniyasının Dövlət Əmlakı İdarəsinin keçmiş rəhbəri, kollegiya müşaviri Nikolay Sokolinski olub.

N.Sokolinskinin 1897-ci ildə vəfatından sonra qəzeti mətbəəsi ilə birlikdə 57 min rubla məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev alıb və "Kaspi" üçün yeni dövr başlayıb. Peterburq Universitetinin hüquq fakültəsinin məzunu, görkəmli ictimai xadim və publisist Əlimərdan bəy Topçubaşov baş redaktor təyin edilib.

"Ölkənin əhalisinin maariflənməsi uğrunda mübarizə aparmağı "Kaspi" özünün müqəddəs borcu hesab edir. Milliyyətindən, dinindən və rütbəsindən asılı olmayaraq, cəhalətdən xilas olmağın tək yolu uşaqlar üçün məktəblər yaratmağın zəruriliyini xalqa izah etməkdən keçir", - deyə Topçubaşov özünün "Redaksiyadan" adlı ilk məqaləsində yazırdı.

"Kaspi" 1919-cu ildə nəşrini dayandırıb və XX əsrin sonunda yenidən bərpa olunub. Həmin vaxt "Kaspi" qəzeti Azərbaycan dilində də çıxmağa başlayıb.

2021-ci ildən "Kaspi" qəzeti Azərbaycanın ən böyük media holdinqi olan "Global Media Group"un tərkibindədir. Azərbaycan dilində dərc olunan qəzetin baş redaktoru əməkdar jurnalist İlham Quliyev, rus dilində nəşr olunan "Kaspiy"in baş redaktoru isə jurnalist Vyaçeslav Sapunovdur.

"Üç əsrin qəzeti" müasir, rəngarəng dizaynda çıxır. 16 səhifəlik rəngli "Kaspi" hər şənbə çap olunur və siyasi, iqtisadi, sosial əhəmiyyətli, mədəni və idman materialları dərc edir.

"Kaspi"nin materiallarını Kaspi.az və Kaspiy.az saytlarında da oxumaq mümkündür.

Oxu.Az kollektivi hər iki "Kaspi"dəki həmkarlarını əlamətdar tarix münasibətilə təbrik edir və yeni yaradıcılıq uğurları arzulayır!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Yanvar 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri