Icma.az
close
up
RU
“Kaspi kids”də döyülən uşağın atası danışdı “Pul təklif etdilər”+Video

“Kaspi kids”də döyülən uşağın atası danışdı “Pul təklif etdilər”+Video

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Hadisədən bir gün sonra evimə gəlib mənə 950 manat pul təklif ediblər”.

“Qafqazinfo” “Cənublu.az”a istinadən xəbər verir ki, bunu Lənkəranda bağçada fiziki zorakılığa məruz qalan uşağın atası Fuad Hüseynov deyib.

“Gördüm ki, başında açıq yara var. Müəlliməsi ilə əlaqə saxladıq. Dedi ki, başqa bir uşaq karandaşla vurub. Amma karandaş izi deyildi. Kamera görüntülərini açmağı tələb etdik. Əvvəlcə çəkindilər, təkidlərimizdən sonra görüntüləri açdılar. Kameraya baxanda müəlliməsi dedi ki, “mən vurmuşam, səhv etmişəm”. İddia edirlər ki, guya mən onlardan pul tələb etmişəm. Amma yalandır. Özləri hadisədən bir gün sonra gəlib mənə pul təklif ediblər. Dedilər ki, uşağın aylıq ödənişlərini geri qaytarırlar. Sonra məlumat yaydılar ki, guya uşağı 10 ay pulsuz oxutdurmuşam”.

Qeyd edək ki, Lənkəran şəhərində yerləşən “Kaspi kids” məktəbəqədər hazırlıq kursunda müəllim azyaşlı şagirdə şiddət göstərib. Görüntülər sosial şəbəkələrdə ictimailəşib.

Məsələ ilə bağlı Kaspi Təhsil Şirkəti açıqlama verib:

“Həmin müəssisə “Hirkan Hazırlıq Kursu” MMC tərəfindən idarə olunur. “Hirkan Hazırlıq Kursu” MMC, “Kaspi Kids” brend adından istifadə üçün françayzinq müqaviləsinə əsasən rəsmi icazə ilə fəaliyyət göstərir. Françayzinq, bölgələrdəki kiçik sahibkarlıq subyektlərinə dəstək vermək üçün tətbiq etdiyimiz biznes modelidir. Bu səbəblə baş verən hadisə dərhal araşdırılmış, “Kaspi Kids” brendinin təhsil keyfiyyəti prinsiplərinə uyğun fəaliyyət göstərmədikləri üçün “Hirkan Hazırlıq Kursu” MMC-nin françayzinq müqaviləsinə xitam verilib”.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı videoda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 May 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri