KASSA QƏBZLƏRİNDƏN BƏDƏNDƏ YARALAR ƏMƏLƏ GƏLİR, SAÇLAR TÖKÜLÜR
Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.
EKSPERTLƏR XƏBƏRDARLIQ EDİR: EHTİYATLI OLUN!
“Termal kağızda çap olunan kassa qəbzləri sağlamlığa zərərlidir: kağıza vurulan toksin Bisfenol A insan dərisinə nüfuz edə və bir sıra xəstəliklərə səbəb ola bilər, deyə mütəxəssislər xəbərdarlıq edir.
İsveç alimləri sübut edib ki, müntəzəm qəbzlə təmasda olmaq və əlləri təmizləmədən qida qəbul etmək ölümcül xəstəliklərin inkişaf riskini artıra bilər.
Kassada işləyən vətəndaşlar saçlarının tökülməyindən, əllərində yaranan yaralardan, barmaqlarından silinməyən boyalardan şikayət edir. Kassa çeklərinin 90%-nin tərkibində olan bisfenol dəriyə nüfuz edir və qana keçib bütün bədəni zəhərləyə bilir.
Xüsusilə autizm, dağınıq skleroz, dəri və döş xərçəngi kimi xəstəliklər yarada bilən çeklər hamilə qadınların uşaqlarını itirməyinə belə səbəb ola bilər, deyə mütəxəssislər xəbərdarlıq edir.
Laboratoriyalarda və istehsalatda bisfenol ilə işləyən insanlar maska və əlcək taxır. Biz isə supermarketdə və ya yanacaqdoldurma məntəqəsində hər gün bu qəbzlərlə təmasda oluruq.
İndiyə qədər bisfenol yalnız uşaq qidalarının qablaşdırılmasında istifadə olunan materiallar üçün qadağandır. Onun yayılma gücü o qədər qüvvətlidir ki, plasmas qablarda deyil, şüşələrdə saxlanılır.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 14 Oktyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















