Kassam tuqayları İsrail hərbçilərini pusquya salıb 2 hərbçi öldürülüb, 2 tank vurulub
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Kassam Tuqayları Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail əsgərlərini pusquya salıblar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə əl-Kassam Tuqayları bəyanat yayıb.
Bildirilib ki, İsrail əsgərlərinə qarşı yaxşı planlanlanmış və bir neçə mərhələdən ibarət pusqu qurulub: "Rəfahın Cinin məhəlləsindəki Əl-Zəhra məscidi ərazisində altı əsgərdən ibarət İsrail piyada birliyi əvvəl piyada əleyhinə bombalanmış əraziyə çəkilib, orda isə onlar sıxışdırılaraq minalı əraziyə yönləndirilib. Nəticədə minlar partlayıb. İsrail əsgərləri arasında ölən və yaralananlar var"
Xəbərdə o da deyilir ki, pusquda iki İsrail tankı da “Yasin-105” raketi ilə vurulub.
İsrail ordusu faktı təsdiqləyib: "Biri kapitan olan 2 hərbçimiz həlak olub, iki yaralımız var"
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 05 May 2025 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















