Katalonlar 15 yaşlı JJ Qabrielə görə hərəkətə keçdi “Mançester Yunayted” istedadını əldən vermək istəmir
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin “Mançester Yunayted” futbol komandasının 15 yaşlı yetirməsi JJ Qabriel “Barselona”nın transfer hədəfinə düşüb. Gənc ingilis hücumçu bu mövsüm U-18 liqasında 10 oyunda 10 qol vuraraq klub akademiyasının ən çox diqqət çəkən istedadı olub.
İdman.Biz xəbər verir ki, “Barselona” rəhbərliyi Qabrieli məşhur La Masia akademiyasına cəlb etmək üçün ciddi addımlar atır. Futbolçu ötən həftə “Liverpul”a qarşı U-18 matçında vurduğu het-triklə diqqət mərkəzinə düşüb.
“Mançester Yunayted” rəhbərliyi isə gənc hücumçunun klubda qalması üçün maksimal səviyyədə çalışır. Məlumata görə, idman direktoru Ceyson Uilkoks Qabrieli həm bu mövsüm, həm də gələn mövsüm komandada saxlamaqda əsas fiqur olub. Klub daxilindən bildirilir ki, Uilkoksun layihəyə birbaşa müdaxiləsi Qabrielin ailəsinə “Yunayted”in ona nə qədər dəyər verdiyini aydın göstərib.
Ötən həftə ilk dəfə olaraq klub rəsmi şəkildə JJ Qabrielin əsas komanda ilə məşq fotosunu yayıb. Baş məşqçi Ruben Amorim yeniyetmə futbolçu və ailəsi ilə ayrıca görüş keçirib. Qabriel keçən ay öz “Instagram” səhifəsində əsas komanda ilə məşq etdiyini təsdiqləmişdi.
Hazırda “Yunayted” gənc hücumçunu gələcək planların mərkəzi fiquru kimi görür və katalonların marağına baxmayaraq, onun klubda qalacağına ümid edir.
Baxış sayı:58
Bu xəbər 03 Dekabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















