Katapulta pilotları tavana çırpdı VİDEO
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Rusiyada hərbi aviasiya ilə bağlı ağır insident baş verib. İki Rusiya hərbi pilotu təyyarənin anqarda olduğu vaxt katapult mexanizminin təsadüfən işə düşməsi nəticəsində həlak olub.
Bakupost.az “The Sun”a istinadən xəbər verir ki, insident bombardmançı tipli hərbi təyyarədə olub. Katapult sisteminin aktivləşməsi nəticəsində yüksək sürətlə anqarın beton tavanına çırpılan pilotlar həlak olub.
Hadisədən sonra Rusiya tərəfinin xüsusi dövlət komissiyası araşdırmaya başlayıb. İlkin ehtimallara əsasən, texniki nasazlıq və ya təhlükəsizlik prosedurlarının pozulması insidentə səbəb ola bilər. Rəsmi qurumlar hələlik hadisə ilə bağlı ətraflı açıqlama verməyib.
Xarici media qeyd edir ki, anqar şəraitində katapult mexanizminin işə düşməsi son dərəcə nadir haldır və bu hadisə Rusiya hərbi aviasiyasında təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Diqqətsiz sürücü skuteri avtobusa çırpdı VİDEO
30 May 2025 08:38
Maşını polis bölməsinin hasarına çırpdı Video
01 Yanvar 2025 13:02
Maşını hasara çırpdı, sıxılıb içində qaldı Video
18 Aprel 2026 11:20
Xəbərdarlıq nişanı qoyulmadı, maşını betona çırpdı VİDEO
28 Aprel 2026 13:53
Navai nömrəsiz Ferrari sini işıqfora çırpdı VİDEO
05 May 2026 22:02
Baxış sayı:83
Bu xəbər 15 Dekabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















