Icma.az
close
up
RU
Katib və mer müşaviri maşında öldürüldü

Katib və mer müşaviri maşında öldürüldü

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Meksikanın paytaxtı Mexiko şəhərində mer Klara Bruqadanın şəxsi katibi Ximena Quzman və onun müşaviri Xose Munoz silahlı hücumda öldürülüb.

"Cebheinfo.az" xəbər verir ki, Quzman və Munoz Mexikoda Calzada de Tlalpanla Napoleon küçələrinin kəsişməsində maşında olarkən motosikletçinin hücumuna məruz qalıb.

Həkim qruplarının bütün səylərinə baxmayaraq, Quzman və Munoz hadisə yerində keçiniblər.

Meksika Prezidenti Klaudiya Şeynbaum Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında "Təəssüf ki, Ximena Quzman və Xose Munoz silahlı hücum nəticəsində həyatını itirib",- deyib.

Təcavüzkarların tapılması üçün Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi (SSPC) katibi Ömər Qarsiya Harfuka göstəriş verdiyini bildirən Şeynbaum "Bu hadisənin məsulları cəzasız qalmayacaq və ədalət qarşısında cavab verəcəklər. İstintaq hərtərəfli aparılacaq və hökumətin tam dəstəyi var",- deyib. 

Şeynbaum Mexiko şəhərinin meri Bruqadaya və həyatını itirənlərin ailələrinə başsağlığı verib.

"Ximena gözəl, yorulmaz və mehriban qadın idi. Mən Pepeni uşaqlıqdan tanıyıram, o, tanıdığım ən ağıllı və məsuliyyətli insanlardan biri idi", - Bruqada açıqlamasında bildirib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 May 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri