Icma.az
close
up
RU
Katolik icmasına məxsus qəzet Xocalı soyqırımından yazıb

Katolik icmasına məxsus qəzet Xocalı soyqırımından yazıb

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliyanın katolik icmasına məxsus olan “Faro di Roma” qəzetində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı məqalə dərc edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, materialda Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qələbə qazanmasına baxmayaraq, Ermənistan və Azərbaycan arasındakı münaqişənin postsovet məkanında davam edən ən qədim münaqişə olduğu bildirilir. Qeyd edilir ki, münaqişənin kökündə ermənilərin Azərbaycana qarşı çoxəsrlik ərazi iddiaları dayanır. 1988-ci ilin əvvəllərində ermənilər Qarabağın Azərbaycandan birtərəfli qaydada ayrılması və Ermənistana birləşdirilməsi planını həyata keçirmək üçün Azərbaycana qarşı təcavüzkar hərəkətlərə başladılar. 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi əməliyyatları və hücumları intensivləşdi. Qarabağ bölgəsinin ümumi sahəsi 940 kvadratkilometr təşkil edən və münaqişədən əvvəl 7000 əhalisi olan, əksəriyyəti azərbaycanlıların yaşadığı Xocalı şəhəri belə əməliyyatlardan birinin hədəfinə çevrildi. 1991-ci ilin oktyabrına qədər şəhər tamamilə erməni qüvvələri tərəfindən mühasirəyə alındı, oktyabrın 30-da yerüstü nəqliyyat əlaqəsi kəsildi və helikopterlər yeganə nəqliyyat vasitəsinə çevrildi. Daha sonra Şuşa şəhəri üzərində mülki helikopterin vurulması nəticəsində 40 nəfər həlak oldu və beləliklə helikopterlərin hərəkəti də dayandırıldı. 1992-ci ilin yanvar ayından şəhərə elektrik enerjisinin verilişi də kəsilmişdi.

Yazıda vurğulanır ki, Ermənistan Xocalını işğal etməklə strateji üstünlük qazanmaq və Qarabağ bölgəsindəki digər şəhərləri də ələ keçirmək üçün əlverişli şərait əldə etmək məqsədi güdürdü. Erməni vəhşiliyinin arxasında duran ideya azərbaycanlıların döyüş ruhunu əyərək sonrakı hərbi əməliyyatlarda psixoloji üstünlük əldə etmək və hər şeydən əvvəl Xocalını xəritədən silmək idi. Çünki şəhərdə və ətraf ərazilərdə tarixin izləri ermənilərin ərazi iddialarını təkzib edən sübutlar idi.

Diqqətə çatdırılır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya bombardmanından sonra keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri və yarımhərbi birləşmələri şəhəri tutmaq üçün hərəkətə keçdi. Həmin gecə amansız qırğın nəticəsində 613 nəfər həlak oldu. Qocalar, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirildi, 1275 nəfər girov götürüldü. Ümumilikdə 150 nəfər hələ də itkin düşmüş sayılır.

Məqalədə Xocalıda baş verənlərin dinc əhaliyə qarşı törədilmiş dəhşətli qanlı hadisə və Ermənistanla Azərbaycan arasındakı münaqişənin ən böyük qətliamı olduğu bildirilir. Qeyd olunur ki, Ermənistan silahlı qüvvələri Xocalıda beynəlxalq hüququn bütün normalarını kobud şəkildə pozub. Azərbaycanın bu qətliamı soyqırımı kimi qiymətləndirdiyi və beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmaqla bağlı səylərini davam etdirdiyi vurğulanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Fevral 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri