Kats: “İranın osminoqunun başını kəsdik”
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bizimyol.info xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
“Dünən axşam İsrail Hərbi Hava Qüvvələri Tehranda rejimə məxsus hədəflərə böyük güclə zərbələr endirdi və bütün İran ərazisində raket buraxılışı imkanlarına, eləcə də strateji obyektlərə ciddi ziyan vurmağa davam edib. Biz İranın osminoqunun başını kəsdik və indi onun qollarını əzmək və qoparmaq üzərində işləyirik”, – deyə nazir qeyd edib.
Kats vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu tərəfindən rəhbərlik edilən birgə əməliyyat miqyasına, dəqiqliyinə və gücünə görə misilsizdir.
Nazir əməliyyatın əsas məqsədlərini də açıqlayıb: “Bu əməliyyat rejimin imkanlarını sarsıtmaq, İsrailin arxa cəbhəsini və bölgədəki ABŞ silahlı qüvvələrini qorumaq, İranın nüvə silahı və raketlərin kütləvi istehsalı yoluna qayıtmasının qarşısını almaq, həmçinin İran xalqının hərəkətə keçməsi və qaniçən, repressiv ayətullah rejimini devirməsi üçün şərait yaratmaq məqsədi daşıyır”, - deyə bildirib.
Nazir əlavə edib ki, siyasi və hərbi strukturlar arasında koordinasiya görünməmiş səviyyəyə çatıb.
““Aslanın nəriltisi” əməliyyatı tələb olunan güclə davam etdiriləcək”, – deyə o qeyd edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 03 Mart 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















