Kats Suriyaya xəbərdarlıq edib: Əbədi olaraq İsrailin nəzarətində qalacaq
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
İsrail hərbçiləri hələlik Suriyanın cənubundakı bufer zonadan çıxmağı planlaşdırmır.
Moderator.az-ın "The Times of Israel"ə istinadən verdiyi xəbərə görə, bunu İsrailin müdafiə naziri İsrael Kats bildirib.
Katsın sözlərinə görə, İsrail sərhəddə və ölkə vətəndaşları üçün cihadçı təhlükəsi qalmaqda davam etdiyi müddətdə Hermon dağında və təhlükəsizlik zonasında hərbi mövcudluğunu qoruyub saxlayacaq.
Nazir İsrailin nəzarətində olan Qolan yüksəkliklərinin "İsrailin ayrılmaz hissəsi" olduğunu bildirib.
Kats həmçinin xəbərdarlıq edib ki, Suriyadan İsrail ərazisinə zərbələr endiriləcəyi təqdirdə, İsrailin bu dəfə nəzarətə götürəcəyi istənilən ərazi hərbi qanunlara əsasən "əbədi olaraq İsrailin nəzarətində qalacaq".
Bundan əvvəl Suriya Prezidenti Əhməd Əhməd Əl Şaraa Dəməşqin Qolan yüksəkliklərinə dair iddialarından imtina etməyəcəyini bildirib.
Qeyd edək ki, Qolan yüksəklikləri Yaxın Şərqdə Suriya ilə İsrail arasında mübahisəli ərazi hesab olunub. Suriyanın cənubunda və İsrailin şimalında yerləşən bu ərazi uzun illərdir iki ölkə arasında münaqişənin əsas mövzularından biri olaraq qalıb.
1974-cü ildə İsrail və Suriya arasında imzalanmış razılaşma nəticəsində ərazidə hazırkı atəşkəs xətti müəyyənləşdirilib. Buna baxmayaraq, sonrakı illərdə tərəflər arasında qarşılıqlı hərbi zərbələr baş verib.
Baxış sayı:117
Bu xəbər 23 Sentyabr 2026 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















