KATV1 kabel televiziyası operatorunun sahibinin külli miqdarda vergi borcu var MƏBLƏĞ
Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.
KATV1 kabel televiziyası operatorunun sahibi “AG Telekom” MMC-nin vergi borcu yaranıb.
Pravda.az-ın xəbərinə görə, MMC-nin hazırki dövrədək dövlətə olan borcu 512 797 AZN-dir. Bu da xüsusilə külli miqdarda hesab olunur.

Qeyd: Qeyd: "AG Telekom" 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200040 manat olan şirkətin qanuni təmsilçisi Samir Qurbanovdur. Şirkət Azərbaycan ərazisində fəaliyyət göstərən rəqəmsal xidmət təminatçılarından biridir. Adətən, vergi borcu kəskin artan şirkətlərin direktorlarının ölkədən çıxışına "stop" qoyulur. Bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilir.
Xəyal Quliyev

KATV1 kabel televiziyası operatorunun sahibi yenə cərimələnir
18 Noyabr 2024 08:08
KATV1 kabel televiziyası operatorunun sahibi barəsində tədbir görüldü QƏRAR
29 Noyabr 2024 19:49
“Tender kralı”nın külli miqdarda vergi borcu var
10 Mart 2025 16:36
Mərkəzi Bank və kabel televiziyası operatorunun sahibi arasında çəkişmə: Ölkədən pul çıxarılıb
06 Noyabr 2024 12:26

