Katz: Biz İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bu barədə İsrail mətbuatı nazirliyə istinadən məlumat verib
“Müdafiə naziri təyin olunanda qarşıma iki əsas məqsəd qoymuşdum: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və müharibədə qalib gəlmək. İsrail ordusu hazırda bütün cəbhələrdə qəti qələbə qazanmağa çalışır”, - deyə müdafiə naziri bildirib.
O vurğulayıb ki, İrandan gələn nüvə təhlükəsinin qarşısını almaq İsrail üçün “tarixi vəzifədir” və ölkə bunu yerinə yetirmək üçün əlindən gələni edəcək.
“Baş nazir Benyamin Netanyahu və mən bütün tərəflərlə birlikdə İranın nüvə silahı əldə etməsinə mane olacaq aydın xətt tutmaq niyyətindəyik. Biz İsrail dövlətini məhv edəcək təhdidlərə imkan verməyəcəyik. Bu, bizim məsuliyyətimiz, eləcə də tarixi rolumuzdur və biz bunları həyata keçirmək üçün əlimizdən gələni edəcəyik”, - deyə Katz qeyd edib.
Bununla belə, nazir İranın nüvə sahəsində daha da irəliləyiş əldə edəcəyi təqdirdə İsrailin hansı tədbirləri görməyə hazır olduğunu açıqlamayıb.
Xatırladaq ki, dünən "New York Times" qəzeti ABŞ prezidenti Donald Trampın İsrailin İranın nüvə obyektlərinə planlaşdırılan zərbəsi ilə bağlı qərarı əngəllədiyini yazıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 18 Aprel 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















