Kavelaşvili Seçicilər Kollegiyası tərəfindən Gürcüstanın prezidenti seçilib
Icma.az, Oxumeni.az saytına istinadən bildirir.
Üç çağırış parlamentin keçmiş deputatı Mixail Kavelaşvili Gürcüstanın prezidenti seçilib.
Şənbə günü keçirilən prezident seçkiləri Gürcüstanda ilk dəfə idi ki, birbaşa səsvermə yolu ilə deyil, 300 nəfərlik Seçicilər Kollegiyası tərəfindən keçirilib. Hazırkı hakimiyyəti qeyri-legitim hesab edən müxalifət partiyalarının nümayəndələri seçkilərdə iştirak etməyiblər.
Seçki prosesini təmin edən Gürcüstan Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrini hesabladıqdan sonra Kavelaşvilinin 224 seçici səsi ilə Gürcüstan prezidenti seçildiyini elan edib.
Kavelaşvili noyabrın sonunda hakim “Gürcü arzusu” partiyası tərəfindən prezidentliyə namizəd kimi irəli sürülüb.
Mixail Kavelaşvilinin 53 yaşı var. O, keçmiş məşhur gürcü futbolçusu, Gürcüstan milli komandasının, Tbilisi “Dinamo”, “Alaniya” Vladiqafqaz, “Mançester Siti” və İsveçrənin aparıcı klublarının oyunçusudur. 2018-ci ildən hakim “Gürcü arzusu” partiyasının deputatıdır.
Yeni prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 14 Dekabr 2024 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















