Icma.az
close
up
RU
Kavelaşvili Trampa: Bəs Gürcüstan?

Kavelaşvili Trampa: Bəs Gürcüstan?

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gürcüstanın "Birinci Kanal" telekanalının yaydığı xəbərə əsasən, bu ifadələr Prezident Mixeil Kavelaşvilinin amerikalı həmkarı Donald Trampa ünvanladığı açıq məktubda vurğulanır. Kavelaşvili diqqətə çatdırıb ki, ABŞ ilə münasibətlərin bərpası, strateji tərəfdaşlığın "sıfırdan qurulması" rəsmi Tbilisinin xarici siyasətinin mühüm prioritetlərindən biridir.
"Co Bayden hökumətinin ədalətsiz, kobud və aqressiv siyasəti nəticəsində münasibətlərimiz zərər görüb. Hərçənd sizin hökumətiniz də Gürcüstana lazımi diqqəti göstərmir. Belə bir vəziyyət, Tbilisi və Vaşinqtonun dəyər yanaşmaları tamamilə üst-üstə düşsə də, cəmiyyətimizdə çaşqınlıq yaradır. Bu gün diqqət mərkəzində saxladığınız məsələləri Gürcüstan hələ illər əvvəl qaldırmışdı. Bu cür oxşar dünyagörüşünə baxmayaraq, təəssüf ki, ABŞ müxtəlif təşkilatların vasitəsilə ölkəmizdə sabitliyi pozmağa çalışır", – məktubda deyilir.
Mixeil Kavelaşvilinin sözlərinə əsasən, Vaşinqton son bir neçə ay ərzində "Gürcüstanın bütün qonşu ölkələri" ilə sıx əlaqələr qurub:
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına uğurla kömək göstərdiniz, Türkiyə ilə fəal əməkdaşlıq qurdunuz, hətta Rusiya Prezidenti Vladimir Putinlə tərəfdaşlığı canlandırdınız. Halbuki sizin hökumətiniz Gürcüstan haqqında bir kəlmə də dilə gətirmir. Dediyim kimi, belə bir münasibət cəmiyyətimizdə çaşqınlıq yaradır. Deyirlər, son bir neçə ayda dünyanın yarısında vəziyyəti dəyişmisiniz, ancaq hökumətinizin ölkəmizə diqqət göstərmədiyini nəzərə alsaq, regionda sülh naminə atdığınız addımların səmimiliyi şübhə doğurur".
Gürcüstan Prezidenti məktubun axırında bildirib ki, bütün anlaşılmazlıqlara baxmayaraq, Vaşinqtonun Tbilisiyə münasibətinin dəyişəcəyinə ümidvardır.
"Gürcü xalqının təsəvvüründə ABŞ-nin güclü prezidentlə, sülhü quruculuğu ilə, ənənəvi dəyərlərə hörmətlə əlaqələndirilməsi vacib məsələdir. Şəxsən Gürcüstan Prezidenti qismində ABŞ ilə strateji tərəfdaşlığın yenidən qurulmasına maksimum dərəcədə töhfə verməyə hazıram. Bu məqsədə çatmaq üçün zəruri şərt hökumətinizin Gürcüstan dövlətinə və xalqına ədalətli, diqqətli münasibətinin yaradılmasıdır", – Mixeil Kavelaşvili söyləyib.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://azvision.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri