Kaxa Kaladze: Gürcüstan Rusiyaya qarşı ikinci cəbhə açarsa, Qərb silah göndərə bilər
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qərb ölkələri Rusiyaya qarşı “ikinci cəbhə” açacağı təqdirdə, Gürcüstana silahlar göndərəcəklərinə dair söz veriblər”.
Gununsesi.info xəbər verir ki, “Pirveli” telekanalına istinadla verdiyi xəbərə görə, bunu Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.
“Ölkəni ikinci cəbhəyə çəkmək məqsədilə birbaşa baş nazirin aparatına hədələr, şantaj və təhqirlər göndərilib. “Biz sizə hər şeydə kömək edəcəyik”, “sizi müvafiq təchizatla təmin edəcəklər” və sairə sözlər verilir. Təbii ki, bunun sübutu var”, – deyə o vurğulayıb.
Kaladze xüsusilə Gürcüstanın danışıqlara başlamağa və Avropa İttifaqına üzv olmağa hazır olduğunu qeyd edib.
Eyni zamanda o qeyd edib ki, Avropa hazırda vizasız rejimi dayandırmaqla Gürcüstanı şantaj edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 26 Avqust 2025 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















