Kaxa Kaladze: Xaricdən alınan vəsaitlər inqilabi ssenariyə sərf olunurdu
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tbilisi, 6 fevral, AZƏRTAC
“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası hər zaman deyirdi ki, xaricdən alınan pul vəsaitləri ölkədə inqilabi ssenariyə sərf olunur. Dediklərimiz bu gün təsdiq olundu. Lakin müxalifət yenə də bununla razılaşmaq istəmir. Ona görə ki, müxalifət nümayəndələri hələ də başqalarının tapşırıqlarını yerinə yetirirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisinin meri, “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze jurnalistlərə açıqlamasında söyləyib.
K.Kaladze “Lelo” partiyasının yaradıcısı Mamuka Xazaradzenin ABŞ-ı “Gürcü arzusu”na təzyiq göstərməyə çağırmasını da tənqid edib.
Onun sözlərinə görə, ABŞ Prezidentinin özünün və yüksək rütbəli məmurlarının da dediyi kimi, “dərin dövlət” dünya üçün əsas problemdir.
Mer bildirib ki, bu insanlar adi agentlərdir. “Dərin dövlət” bütün dünya üçün böyük problemdir və bu barədə ABŞ Prezidentinin özü, yüksək rütbəli məmurları da danışırlar. O deyib ki, onlar hələ məğlub olmayıblar, çox dərin köklərə malikdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 06 Fevral 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















