Kaxa Kaladze: Xarici aktorlar Gürcüstana rahatlıq vermirlər
Icma.az bildirir, Azertag portalına istinadən.
Tbilisi, 23 aprel, AZƏRTAC
Xarici aktorlar Gürcüstana rahatlıq vermirlər. Ölkənin müvafiq qurumlarının birgə səyləri nəticəsində onların pozuculuq fəaliyyətinin qarşısı alınır.
AZƏRTAC xəbər verir ki, bunu Tbilisi şəhərinin meri Kaxa Kaladze bu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin sabiq sədri Mamuka Mdinaradzenin “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi"nin rəhbərlərindən olan İqor Blajeviçin iştirakı ilə ölkədə iğtişaş yaratmaq cəhdlərini göstərən videogörüntünün olmasına dair açıqlamasına münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, bu, ölkədə ilk inqilab etmək cəhdi deyil. “Təəssüf ki, bu, ölkədə konkret insanların çevriliş və ya qarşıdurma üçün təlim keçməsi ilə bağlı ilk hal deyil. Bir neçə ay əvvəl inqilabi ssenarinin həyata keçirilməsi ilə bağlı konkret bir videoyazı barədə məlumat aldıq. Ehtiyatlı olmaq lazımdır”, - deyə o bildirib.
Kaxa Kaladze deyib ki, ölkədə sabitliyin qorunması üçün müvafiq qurumların birgə və səmərəli işi vacibdir.
Xatırladaq ki, Mamuka Mdinaradze dünən bildirib ki, Dövlət Təhlükəsizlik Xidməti İqor Blajeviçin iştirakı ilə çoxsaylı səs yazılarının olduğu işi araşdırır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 23 Aprel 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















