Icma.az
close
up
RU
Kaxetiyada Naxçıvan qalası və gürcü şovinzmi

Kaxetiyada Naxçıvan qalası və gürcü şovinzmi

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kaxetiyada Naxçıvan qalası və gürcü şovinzmi

Azərbaycanın Qafqazda qədim bir coğrafiya olması tarixin bütün dövrlərində xəritələr ilə yanaşı antik tarixçlərdən XIX əsrə qədər səyyahların əsərlərində qeyd edilir. Qafqazdan düz Krım, Mərkəzi Asiya və Anadoludan düz Tehrana qədər hər yerdə Azərbaycan coğrafiyasında olan adlara hər zaman rast gəlmək olar. Bunlar tayfa, abidə, damğa, region və sairə ilə bağlıdır.

Lakin Rusiyanın Azərbaycan daxil olmaqla Qafqazı işğal etməsi və burda yaşayan və gəlmə olan xalqlara dövlət qurmasından sonra bizə məxsus toponim, oymonim, oykonimlər dəyişdirilməyə başlandı. Dərbənddən tutmuş Krıma qədər, Gürcüstan və indiki Ermənistan, müasir İran və Türkiyədə Azərbaycan xalqına məxsus adlar saxtakarlıq qurbanları oldular. Bunlardan biri də Gürcüstanın Kaxetiya ərazisində tarixi sənədlərdə Naxçıvan, gürcülərin isə dəyişib Niakhura etdikləri qaladır.

Gürcülər, çeçenlər və digər xırda Qafqaz xalqları tərəfindən özünküləşdirməyə cəhd edilən bu qala XVI əsr Azərbaycan xalqına məxsus bir abidə olmaqla yanaşı adı Naxçıvan qalası olaraq çoxsaylı mənbələrdə keçir..

İlk öncə qısa izah verim. Qədim Urartu, Şumer, Yunan, Roma, Bizans və Türk mənbələrində bu ərazinin “Nax” “ilk, başlanğıc” və “çıvan / cavan / avan” – “yer, məkan, şəhər” kimi izahı verilir. Nuh çıxan və sairə adlara da rast gəlinir mənbələrdə.

Lakin Nuhla bağlı əfsanə qədim adın xalq şüurundakı mifik təzahürüdür. Sadə dildə desək mifoloji, tarixi və linqvistik yanaşmalar əsasında dünya alimlərinin əksəriyyətinin gəldiyi qənaət Naxçıvan “ilk yaşayış yeri”, “qədim məskən” mənasını verir. Bu ad Azərbaycan xalqına və onun coğrafiyasına aiddir. Nə gürcü, nə çeçen və nə də digər Qafqaz xalqlarının mifoloji, tarixi və linqvistikasına aid deyil və ola da bilməz.

Gürcü mənbələri saxtakarlıq edərək bu qalaya Niaxura və ya Niaxur qalası adını calaq edir. Lakin, Borçalı və Kaxetiyaya bitişik bölgələri ilə sıx bağlı olan bölgənin tarixi toponimiyasında Naxçıvan qalası adlanır. Bu qalasının əsl tarixi IX əsrdən daha öncəyə getsə də Gürcüstan çarı İİ İrakli burada baş verən döyüşdən sonra zədə alan qalanı yenidən bərpa edərək adının da dəyişdirilməsinə səbəb olur..

Daha sonra Naxçıvan qalası memar Parmen Zakarai tərəfindən hazırlanmış modeldən istifadə edilərək, praktik olaraq sıfırdan yenidən qurulub. O dövrün bərpa üsulları tarixi standartlardan yayındığına görə mütəxəssislər tərəfindən tənqid olunsa da gürcü şovizmi nəticədə istədiyinə çatır. Qalanın türk elementləri və memarlıq üslubu tamamilə dağıdılıb və yeni, indiki formaya salınır.

Qalanın eyni zamanda o dövr üçün tipik İslam memarlıq elementlərinin böyük hissəsi dağıdılır.

XVIII əsrdə Gürcüstanda bir çox müdafiə tikililəri bütün Azərbaycan və Qacar dövlətinin sənətkarları tərəfindən tikilib və ya möhkəmləndirilib. Buna görə də, buranın memarlıq üslubu, arxitektur forması və burada olan dairəvi qüllələr Naxçıvan, Gəncə və İrəvanda eyni vaxtda tikilmiş qüllələrlə eynidir. Memarlıq sırf Türk İslam mədəniyyətinin bir parçasıdır.

Qalanın Naxçıvan adlanması isə burdan Borçalı, Gəncə və son dayanacaq olan Naxçıvana birbaşa açıq yol idi və ticarət məqsədi ilə istifadə edilirdi. Yerli türk xalqları bu yol vasitəsilə asan və təhlükəsiz formada hərəkət edə bilərdilər. Bəzi qaynaqlara görə bu qalanın tikilməsi Əlincə qalasının prototipi, müdafiə qalası formasında olduğu üçün Naxçıvan adlanıb. Eyni zamanda "Naxçıvan" adı, onun Naxçıvandan gələn karvanların son əsas dayanacağı olması ilə əlaqələndirilə bilər.

Səfəvi, Əfşar, Qacar və ondan da qat qat öncə bu qala Naxçıvan adlanıb və Rusiyanın dəstəyi ilə hakimiyyət və dövlət əldə edən gürcü çarı II İrakli türk izini ərazidən silmək üçün onun adını dəyişib..

Bura rəsmi olaraq gürcü abidəsi hesab olunsa da, onun tarixi bölgənin türk əhalisi ilə ayrılmaz şəkildə bağlıdır və Naxçıvan adı buranın dəqiq və tarixi adıdır.

Prof.Dr. Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 22 Dekabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri