Kaya Kallas: Aİ Azərbaycan Ermənistan sülh sazişinə dəstəyi davam etdirir
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Azərbaycan və Ermənistan arasında əlaqələrin gücləndirilməsi, sülh sazişinin dayanıqlı olması və təmin olunmasına yaxından dəstək veririk.
APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Eyni zamanda Azərbaycan-Ermənistan arasında əlaqələrin normallaşdırılması barədə gözəl müzakirələrimiz oldu. Biz iki ölkə arasında əlaqələrin gücləndirilməsi, sülh sazişinin dayanıqlı olması və təmin olunmasına yaxından dəstək veririk. Sülh sazişinin mətn hissəsinin razılaşdırılmasını məmnuniyyətlə qarşılayıram. Ümid edirəm ki, növbəti addımlar daha məhsuldar olacaq”, - Kallas qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 25 Aprel 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















