Kaya Kallas: “Aİdən Tbilisiyə siqnal göndərəcəyik” KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bəyan edib ki, xarici işlər nazirləri bazar ertəsi Gürcüstana qarşı sanksiyalarla bağlı razılığa gələ bilməyiblər.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, o, Aİ-nin bu məsələ üzərində işi davam etdirəcəyini deyib: “Gürcüstan hökumətinə təzyiq göstərmək üçün daha hansı addımların atıla biləcəyini müzakirə edirik. Biz istəyirik ki, etirazçılara və müxalifətə qarşı zorakılıq tətbiq olunmasın. Biz Tbilisiyə Avropa İttifaqından çox güclü siqnal göndərəcəyik. Biz bu məsələni bazar ertəsi də müzakirə etdik. Lakin sanksiyalarla bağlı razılığa gələ bilmədik, buna baxmayaraq, biz hələ də bu istiqamətdə işləməliyik”, – deyə Kallas Avropa Şurasının sessiyası başlamazdan əvvəl bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az
Baxış sayı:108
Bu xəbər 19 Dekabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















