Icma.az
close
up
RU
Kaya Kallas: Avropa İttifaqı öz maraqlarını açıq şəkildə müdafiə edən güc kimi davranmalıdır

Kaya Kallas: Avropa İttifaqı öz maraqlarını açıq şəkildə müdafiə edən güc kimi davranmalıdır

Icma.az bildirir, Azertag portalına istinadən.

Berlin, 8 oktyabr, AZƏRTAC

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropanı daha güclü və öz maraqlarını açıq şəkildə müdafiə edən güc kimi davranmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, K.Kallas “Zeit” qəzetinə müsahibəsində Aİ-nin artıq təkcə yaxşı tərəf olmaqla kifayətlənməməli, qlobal siyasətdə öz maraqlarını digər böyük güclər kimi qətiyyətlə ortaya qoymalı olduğunu bildirib.

O vurğulayıb ki, Aİ-yə üz tutan ölkələr adətən problem və ya maliyyə yardımı axtarışında olduqda müraciət edirlər. Lakin geosiyasi düşüncə tərzinə malik güclər, o cümlədən ABŞ, Çin və Rusiya yardım və dəstək qarşılığında qarşı tərəfdən konkret güzəştlər və ya maraq təminatı tələb edirlər. Aİ də gələcəkdə bu yanaşmanı qəbul etməlidir.

K.Kallas buna misal olaraq bildirib ki, əgər Aİ-dən maliyyə yardımı alan Laos Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləmək üçün əsgər göndərməyi planlaşdırırsa, o zaman Avropa İttifaqı bu qərarın nəticələri olacağını açıq şəkildə bildirməlidir.

Aİ nümayəndəsi Ukraynaya hərbi yardımların artırılmasının vacibliyini də qeyd edərək bildirib ki, Ukrayna hərbi cəhətdən nə qədər güclü olarsa, danışıqlar masasında da bir o qədər güclü olar. O vurğulayıb ki, müharibələr adətən bir tərəfin resursları tükəndikdə başa çatır və hazırda Rusiyanın iqtisadi vəziyyəti yaxşı deyil. Dövlət ehtiyatlarının əksəriyyəti tükənib, büdcənin 40 faizi hərbi xərclərə yönəlib. Rusiya sanksiyalarla əlaqədar xaricdən borc ala bilmir, Çin isə açıq şəkildə maliyyə dəstəyi göstərmək istəmir. Rusiyanın yaxın aylarda ciddi iqtisadi problemlərlə üzləşəcəyini qeyd edən K.Kallasın fikrincə, Aİ bu vəziyyətdən istifadə etməlidir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri