Icma.az
close
up
RU
Kaya Kallas: Bu, Rusiyanın klassik danışıqlar taktikasıdır

Kaya Kallas: Bu, Rusiyanın klassik danışıqlar taktikasıdır

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ukraynanın mümkün ərazi güzəştlərinin müzakirəsi belə Rusiyanın tələsinə düşmək deməkdir". 

Qaynarinfo xəbər verir ki, bu fikri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas "Redaktionsnetzwerk Deutschland”a müsahibəsində bildirib.

O, Almaniyada aparılan son sorğulara münasibət bildirərək deyib ki, almanların çoxluğu Ukraynanın ərazi güzəştlərinə getməsi müqabilində sülhün əldə olunmasını dəstəkləyir. Kallas vurğulayıb ki, bu, Rusiyanın klassik danışıqlar taktikasıdır.

Onun sözlərinə görə, Moskva əvvəlcə heç vaxt ona aid olmayanı tələb edir, sonra isə təhdidlərə keçir. Bu isə Qərbi mümkün güzəştləri müzakirəyə məcbur edir.

"Nəticədə, ruslar heç vaxt xəyal etmədiklərindən də çox şey əldə edirlər. Ərazi güzəştləri ilə bağlı müzakirələr tələyə çevrilir və biz ora düşməməliyik. Ruslar istəyir ki, biz Ukraynanın sülh naminə nələrdən imtina etməsini müzakirə edək, halbuki Kremlin özü indiyədək heç bir güzəştə getməyib”, deyə Kallas bildirib.

O əlavə edib ki, indi Vladimir Putin guya kompromis kimi Ukraynanın artıq işğal olunmuş ərazilərinin özündə qalmasını təqdim etməyə çalışır.

"Əgər bundan əvvəl tamamilə qəbuledilməz tələblər irəli sürülmüşdürsə, bu, kompromis sayıla bilməz. Ona görə də bir daha deyirəm: biz Putinin tələsinə düşməməliyik. Məqsədimiz bu müharibəni Putin üçün sərfəli etməmək olmalıdır. Agressiyanın mükafatı daha çox müharibə olacaq, daha az yox”, deyə Kallas vurğulayıb.

Daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkəyə real danışıqlar lazımdır və onlar hazırkı cəbhə xətti üzərində başlaya bilər. O, "ərazi məsələsi”nin böyük əhəmiyyət daşıdığını və onu yalnız Ukrayna və Rusiya liderlərinin, bəlkə də ABŞ-ın iştirakı ilə üçtərəfli görüşdə müzakirə edə biləcəyini qeyd edib.

Zelenskinin sözlərinə görə, hazırda Rusiyadan belə bir görüşün ümumiyyətlə baş tuta biləcəyinə dair heç bir siqnal yoxdur.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri