Icma.az
close
up
RU
Kaya Kallas gəldi və getdi Avropa İttifaqının ermənipərəst siyasəti dəyişəcəkmi?

Kaya Kallas gəldi və getdi Avropa İttifaqının ermənipərəst siyasəti dəyişəcəkmi?

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Bölgədə mühüm siyasi və iqtisadi oyunçuya çevrilən Azərbaycanla sıx əlaqələr qurmaq Aİ üçün vacib məsələdir”

Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana etdiyi səfər təkcə ikitərəfli münasibətlərdə mühüm bir dönüş nöqtəsi kimi qiymətləndirilməməlidir. Bu səfər daha çox bir sıra aspektlərdə dəyərələndirilməlidir. İlk öncə xanım K.Kallasın səfəri Avropa İttifaqının Azərbaycana olan ikili münasibəti fonunda baş tutub. Məlumdur ki, 44 günlük vətən müharibəsindən sonra bir sıra Qərb institutları, əsasən də Aİ Azərbaycana qarşı son dərəcə qərəzli mövqedən çıxış edərək açıq şəkildə ermənipərəst siyasət yürüdüblər.”Sülh müşahidəçisi” adı altında hərbi mütəxəssis qrupunun Azərbaycanla sərhəddə yerləşdirilməsi, Ermənistanın iqtisadi dirçəlişi üçün deyil, məhz Azərbaycana qarşı qisas müharibəsinə hazırlaşması üçün 100 milyonlarla dollarların İrəvana ötürülməsi çox yaxın tarixdə baş verib.

K.Kallasın Bakı səfəri, onun Prezident İlham Əliyevlə keçirdiyi görüş, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla apardığı müzakirələr Azərbaycan-Aİ əlaqələrinin yeni mərhələyə qədəm qoyması üçün mühüm proses oldu. Bu ən azından Aİ-nın neçə illərdir özü barədə formalaşdırdığı ermənispərəsət imicinin dağılmasına kömək etmiş oldu. Əlbətdə Aİ-nın ermənipərəstlik reputasiyasından qurtulması üçün bunun davamının gətirilməsi hər şeydən vacibdir. Bu olacaqmı?- hər şeyi zaman göstərəcək.
Amma K.Kallasın bu səfərinin digər bir önəmli tərəfi, ötən həftə Çin ilə mühüm iqtisadi tərəfdaşlıq sənədləri imzalayan Azərbaycanla əlaqələrə Aİ-nın verdiyi böyük dəyərdir. Bu qurumda gözəl anlayırlar ki, birtərəfli ermənipərəst siyasət bu mühüm Qərb strukturunun Cənubi Qafqazdakı proseslərə müdaxiləsini əngəlləyir. Çünki Azərbaycanla işgüzar əməkdaşlıq olmadan bölgədə baş verənlərə qoşulmaq, siyasi aktivliyini təsdiqləmək mümkünsüzdür. Xüsusilə nəzərə alsaq ki, Çin ilə mühüm iqtisadi layihələr reallaşdırmağa hazırlaşan Azərbaycanı mühüm iqtisadi aktivlik və güclü dəstək gözləyir, o zaman Aİ-nın rəsmi Bakı ilə münasibətləri yoluna qoymaq istəyini başa düşmək çətin deyil. Amma bu səfərlə bağlı Ermənistan mediasında yaranan təşviş daha çox diqqəti çəkir. Erməni ekspert və siyasətçilər Aİ-nın rəsmi Bakı ilə arasını düzəltmək istəyinin ermənispərəst siyasəti arxa plana keçirməsindən qorxurlar.
Onlar da anlayırlar ki, bu birtərəfli erməni “sevgisi” çox da davam edə bilməzdi. Çünki iqtisadi maraqlar siyasətin önündə gəlir. Diqqət edin: K.Kallasın Bakı görüşlərində Azərbaycanın Xəzər-Qara dəniz regionunda oynadığı strateji rol, habelə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirakının önəmi xüsusi vurğulanıb. Bu gün Azərbaycan Avropanın 10 ölkəsinə təbii qaz ixrac edir və qaz təchizatının coğrafi şaxələnməsi baxımından qitədə lider mövqeyindədir. Bu isə o deməkdir ki, qarşıdakı illərdə daha böyük siyasi və iqtisadi oyunçuya çevriləcək Azərbaycanla sıx əlaqələr qurmaq Aİ-nın planlarına daxil olan vacib məqamdır. Ən azı ona görə ki, Aİ bölgəmizdə formalaşmaqda olan yeni münasibətlər sistemindən, xüsusilə Çinin iştirakı ilə bölgədə qurulacaq yeni iqtisadi proseslərdən kənarda qalmaq istəmir.

Mətləb Salahov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Aprel 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see192

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see187

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see187

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see162

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see151

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see149

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see149

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see147

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see143

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see138

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see136

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see132

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see130

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see130

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see129

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see129

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see128

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see125

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri