Kayl Uoker Mançester Siti yə qayıdır? Milan qərarını verdi
Icma.az bildirir, Fanat portalına istinadən.
Hüquqları "Mançester Siti"yə məxsus olan, icarə əsasında "Milan"da çıxış edən müdafiəçi Kayl Uokerin gələcəyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, İtaliya nəhəngi mövsümün sonunda onu birdəfəlik almağa hazırlaşır.
Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Xəbərə görə, "rossonerilər"in rəhbərliyi futbolçunun bu mövsümkü çıxışından razıdır və artıq 33 yaşlı müdafiəçinin transfer hüquqlarını əldə etmək imkanını nəzərdən keçirir. Tərəflərin yaxın günlərdə rəsmən danışıqlara başlayacağı gözlənilir.
Uoker qışda "rossonerilər"ə qoşulub və bütün turnirlərdə 12 matçda iştirak edib. O, bu yaxınlarda əməliyyat olunub və bu səbəbdən 2024/25 mövsümündə bir daha oynamaya bilər.
"Milan" 32 turdan sonra 51 xalla A Seriyasının turnir cədvəlində 9-cu yerdədir.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 18 Aprel 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















