Icma.az
close
up
RU
Kayseridə yanğında 3 nəfər ölüb

Kayseridə yanğında 3 nəfər ölüb

Türkiyənin Kayseri şəhərində mebel fabrikində baş vermiş yanğında üç nəfər ölüb.

“Ölkə.az” xəbər verir ki, bu barədə ölkənin “İhlas” xəbər agentliyi məlumat yayıb.

Fabrik yaşayış massivlərindən uzaqda, birləşmiş sənaye zonasının ərazisində yerləşir. Yanğının səbəbləri hələ müəyyən edilməyib.

Yanğınsöndürənlər hadisə yerinə operativ şəkildə gəlib və hazırda davam edən yanğının söndürülməsinə başlayıblar. Yaxınlıqdakı binalardan orada olan bütün şəxslər təxliyə edilib.

Yüngül metal konstruksiyalardan istifadə edilərək tikilmiş fabrik binası yanğın nəticəsində, demək olar, tamamilə dağılıb.

seeBaxış sayı:48
embedMənbə:https://olke.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri