“Kayzerslauter” Mahiri qovur! o, dilinin bəlasına düşdü...
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xoşagəlməz hallarla bağlı proqnozlarımızın doğru çıxmasını əsla arzulamazdıq, amma təəssüf ki, Mahir Emrelinin “Kayzerslautern”dəki karyerasıyla bağlı ehtimallar özünü doğruldub...
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, Almaniyanın 2-ci bundesliqa klubu hücumçuyla müqaviləyə xitam vermək qərarına gəlib. Təbii ki, buna futbolçunun həm klubda nizam-intizam qaydlarına riayət etməməsi və məşqçilər korpusuyla yaşadığı gərginlik, həm də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna – Azərbaycan matçından sonra dilə gətirdiyi ifadələr səbəb olub. Onun xüsusən Almaniyanın futbol mentallığıyla bağlı işlətdiyi sözlər rəhbərlik tərəfindən xoş qarşılanmayıb.
“Qırmızı iblislər” hazırda Emreliylə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verməyin yollarını axtarır.
Xatırladaq ki, “Kayzerslautern” bu yay futbolçuyla 3 illik anlaşmaya imza atıb.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 16 Oktyabr 2025 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















