“Kayzerslautern” Mahir Emrelini buraxmaq istəmir
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Almaniyanın "Kayzerslautern" klubu Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandadan ayrılmasına mane olmağa çalışır. Sport24.az-ın əldə etdiyi məlumata görə, II Bundesliqa təmsilçisi 28 yaşlı futbolçu ilə danışıqları davam etdirir.
Klub rəhbərliyi yeni mövsüm öncəsi Emrelini komandada saxlamaqda maraqlıdır. Bu məqsədlə futbolçuya daha çox oyun şansı veriləcəyi bildirilib. Rəsmilər hücumçunu fikrindən daşındıraraq əməkdaşlığı davam etdirməyə çalışırlar.
Qeyd edək ki, Mahir Emreli ötən mövsüm "Kayzerslautern"də gözlədiyi qədər forma şansı qazana bilməyib. Məhz bu səbəbdən Azərbaycan millisinin üzvü yay transfer dövründə klubunu dəyişməyi nəzərdən keçirir.
Bu mövzuda digər xəbərlər:“Nürnberq” Emrelini buraxmaq istəmir
22 Dekabr 2024 09:09
Baş məşqçi Mahir Emrelini komandada istəmir
16 May 2026 11:21
“Kayzerslautern”in AFFA nı və Emrelini aldatması... bəs, Mahir niyə özünü aldadır?
26 Aprel 2026 09:43
“Neftçi” Mahir Emrelini istəyir
29 May 2025 11:01
Mahir oynamadı, “Kayzerslautern” uduzdu
18 İyul 2026 00:57
Baxış sayı:145
Bu xəbər 03 İyun 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















