Icma.az
close
up
RU
“Kayzerslautern” var, Mahir isə yoxdu... yenə münasibət problemi!

“Kayzerslautern” var, Mahir isə yoxdu... yenə münasibət problemi!

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Mahir Emreli “Kayzerslautern”in heyətində sonuncu dəfə avqustun 22-də görünüb. Həmin gün “qırmızı iblislər” səfərdə “Elversberq”ə 1:2 uduzub, 72-ci dəqiqədə əvəzlənən həmvətənimiz necə oyun göstəribsə, baş məşqçi Torsten Liberkneht bir daha ona şans vermir. Məncə, hər şey aydındı, cidanı çuvalda gizlətmək olmaz. Son illərdə artıq neçənci dəfə azərbaycanlı futbolçu yad yerdə münasibət problemi yaşayır. Dəlillərim çoxdu, lap çox!

“Kayzerslautern” 4-cü turda – avqustun 31-də “Darmştadt”ı qəbul etdi və 3:1 hesabıyla qələbə qazandı. Bu, yığma fasiləsi ərəfəsindəki son oyun idi. Mahirin yüngül zədəli olduğu haqda bəzi xəbərlər dolaşsa da, həmin oyunun afişasında bununla bağlı qeyd yox idi. Yəni “Kayzer”in zədəliləri kimi Simon Asta, Fabian Hek və Kenni Redondo göstərilmişdi. Zatən Mahirin sentyabrın 5-i və 9-da yığmanın heyətində iki oyuna çıxması da zədə söhbətinin gerçək olmadığını, hücumçu ilə baş məşqçi arasında “soyuq yellərin əsdiyini” göstərirdi. Düşündük ki, yəqin yığma fasiləsindən sonra münasibətlər düzələr. Amma və lakin...
“Kayzerslautern” 5-ci turda “Qröyter Fürt”ə səfərdə 3:0, 6-cı turda “Proysen”ə evdə 4:1 hesabıyla qalib gəldi. Sonuncu oyun sentyabrın 19-da keçirilib. Bu qələbə “qırmızı iblislər”i birgünlüyə zirvəyə daşıdı. Düzdü, sentyabrın 20-də “Braunşveyq”ə qalib gələn “Elversberq” zirvəni ələ keçirdi, “Kayzer” 2-ci pilləyə düşdü. Və Mahir son iki oyunda da yoxdu: nə ehtiyat oyunçular, nə də zədəlilər siyahısında! Emreli özü də artıq problemi etiraf edir: “Heç vaxt olmadığı qədər yaxşı formadayam. Özümü əla hiss edirəm, oynamağa hazıram. Ancaq kimi meydana buraxacağını baş məşqçi müəyyənləşdirir. Meydana çıxmamağımın başqa bir səbəbi yoxdu” (azerisport.com).
Bəli, Mahir legioner həyatında növbəti dəfə münasibət problemi ilə üzləşib. Baxın, mən hadisələrin belə axarına görə onu və ya baş məşqçi Torsten Liberknehti günahlandırmıram, sadəcə, ümumi mənzərəni göz önünə gətirdim ki, özünüz nəticə çıxara bilərsiz.
...Yaxınlarda vəfat edən Məmməd İsmayılın yaxşı şeirləri çoxdu. Məsələn, “Ağacdələn, döy qapımı, döy görüm”ü oxuyun, dəhşət ləzzət alacaqsız. Mən isə bu gün “Kimi aldadırsan, ay zalım oğlu”nu oxumaq istəyirəm...
HUŞƏNG

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri