“Kayzerslaytern” Mahirin transferini rəsmən açıqladı
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Almaniya 2-ci bundesliqa təmsilçisi “Kayzerslaytern” Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transferini rəsmən açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
“Emrelinin timsalında “Qırmızı şeytanlar”ın heyətinə artıq beynəlxalq arenada təcrübə qazanmış bir futbolçu qoşulur” - deyə məlumatda bildirilir.
Klubun idman direktoru Marsel Klos transfer haqqında bunları bildirib:
“Biz çox şadıq ki, Mahiri digər təkliflərə baxmayaraq, “Kayserslautern”ə keçməyə inandıra bildik. O, əvvəlki klublarında, xüsusilə də keçən mövsüm “Nürnberq”də özünün qol təhlükəliliyini sübut etdi. Sürəti, daim hərəkətdə olması, zərbə qabiliyyəti və hücum xəttində müxtəlif mövqelərdə oynamaq bacarığı ilə komandamızın hücum potensialını artıracaq keyfiyyətlərə malikdir. Təcrübəsi sayəsində biz əminik ki, Mahir yalnız meydanda yox, həm də meydandan kənarda mühüm rol oynaya bilər. O, bizimlə bu yolu getmək üçün motivasiyalıdır və bu da bizi sevindirir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 24 İyun 2025 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















