Kazemiro hansı kluba getməyi hədəfləyir?
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Mançester Yunayted"in braziliyalı yarımmüdafiəçisi Kazemiro karyerasını Londonun "Arsenal" klubunda davam etdirə bilər.
QOL.az xəbər verir ki, "Topskills Sports" nəşrinin məlumatına görə, "topçular" mövsüm başa çatdıqdan sonra 34 yaşlı futbolçunu heyətinə qatmaq üçün artıq onun meneceri ilə əlaqə saxlayıblar.
Məlumata görə, Kazemiro "Arsenal"ın baş məşqçisi Mikel Artetanın şəxsən bəyəndiyi oyunçulardandır və mütəxəssis belə təcrübəli yarımmüdafiəçinin gəlişinin kluba böyük kuboklar qazanmağa kömək edəcəyinə inanır. Braziliyalı ulduzla həmçinin "Milan" və "Yuventus"un da maraqlandığı bildirilsə də, futbolçunun özü məhz "Arsenal"a keçməyə üstünlük verir.
Qeyd edək ki, cari mövsümdə braziliyalı futbolçu bütün turnirlərdə 28 matçda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Təcrübəli yarımmüdafiəçinin "Mançester Yunayted"lə müqaviləsi bu yay başa çatacaq.
Baxış sayı:140
Bu xəbər 07 Mart 2026 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















