Icma.az
close
up
RU
Kazinolar Bakıda şəhər turizmini gücləndirəcək İqtisadçı

Kazinolar Bakıda şəhər turizmini gücləndirəcək İqtisadçı

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bunla həm də yeni iş yerləri yaradılacaq, xarici valyuta və turist axını artacaq



Azərbaycan Respublikasında qanunvericiliyin tələbləri nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur. Müasir dünyada qumar biznesi, xüsusilə kazinolar, iqtisadiyyatın mühüm elementlərindən birinə çevrilib. ABŞ, Sinqapur, Monako, Gürcüstan və digər ölkələrdə kazinolar dövlətə böyük miqdarda gəlir gətirməklə yanaşı, həm də turizmin inkişafına, məşğulluğun artırılmasına və investisiya mühitinin canlanmasına səbəb olur. Bu baxımdan, Azərbaycanda da kazinoların açılması məsələsi zaman-zaman ictimaiyyətin və ekspertlərin müzakirə mövzusuna çevrilir. Hazırda Azərbaycanda qumar oyunları, o cümlədən, kazinolar qanunla qadağandır. Buna baxmayaraq, bu sahənin iqtisadi potensialı nəzərə alınaraq, kazinoların yenidən leqallaşdırılması mümkün və aktual bir məsələ kimi qiymətləndirilə bilər. Azərbaycanda kazinoların açılması dövlət büdcəsinə əlavə vergi gəlirləri gətirə bilər. Qumar biznesi lisenziyalaşdırılaraq, dövlətin tam nəzarəti altına alınarsa, həm lisenziya haqları, həm də dövriyyədən alınan vergilər vasitəsilə ciddi maliyyə vəsaiti toplamaq mümkündür. Bu vəsaitin bir hissəsi sosial layihələrin maliyyələşdirilməsinə, infrastrukturun yaxşılaşdırılmasına və digər prioritet sahələrin inkişafına yönəldilə bilər. Məsələn, Böyük Britaniyada bu gəlir illik 20 milyard, İtaliyada 15 milyard, Niderlandda isə 4 milyard ABŞ dolları civarındadır. Kazinoların leqallaşdığı Gürcüstan (2001-ci ildən) illik 100-150 milyon, Rusiya (2009-cu ildən) isə 20-30 milyon dollar civarında vergi gəlirləri əldə edib. Oxşar model Azərbaycanda da tətbiq edilərsə, illik milyonlarla manat həcmində gəlir mümkün ola bilər. Kazinolar beynəlxalq turistləri cəlb edən mühüm obyektlərdən biridir. Dünya üzrə ən məşhur kazino şəhərləri olan Las Veqas, Makao və Monte-Karlo buna nümunədir. Azərbaycan, xüsusilə də Bakı, Xəzər sahili bölgələr kimi turizm potensialı yüksək olan ərazilərdə kazino kompleksləri qurmaqla, həm regionların inkişafına, həm də turizm sektorunun genişlənməsinə şərait yarada bilər. Turistlər kazinoya gəlməklə yanaşı, hotellərdə qalır, restoranlardan istifadə edir, mədəni-tarixi yerləri ziyarət edir və bu da əlavə iqtisadi aktivlik yaradır. Beləliklə, kazinoların fəaliyyət göstərməsi yalnız bir sektoru deyil, bütöv xidmət sahəsini canlandırır. Kazinoların fəaliyyəti minlərlə yeni iş yerinin açılmasına səbəb ola bilər. Bu iş yerləri yalnız kazino işçiləri ilə məhdudlaşmır. Mühafizə xidmətləri, təmizlik, restoran və bar işçiləri, texniki personal, marketinq və menecment sahəsində çalışanlar da daxil olmaqla, geniş spektrdə insan resursuna ehtiyac yaranır. Bundan əlavə, dolayı yollarla – məsələn, nəqliyyat, turizm xidmətləri, yerli istehsal mallarının satışı kimi sahələrdə də məşğulluq artır. Bu, xüsusilə bölgələrdə gənclər üçün iş imkanlarının yaradılmasına təkan verə bilər. Nəticədə kazinoların Azərbaycanda açılması məsələsi həm iqtisadi imkanlar, həm də sosial risklər baxımından kompleks və diqqətlə yanaşılması lazım olan mövzudur. Əgər düzgün tənzimləmə, nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilərsə, kazinolar iqtisadi artım, turizmin inkişafı, vergi gəlirlərinin artması və məşğulluğun yüksəlməsi baxımından mühüm rol oynaya bilər. Qeyd edək ki, “Azərbaycanda kazino fəaliyyəti ölkə Prezidentinin “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” sərəncamı ilə 27 yanvar 1998-ci il tarixində qadağan olunmuşdu. 


İqtisadçı ekspert Eldəniz Əmirov da qonşu ölkələrin təcrübəsini misal göstərib. Ekspert Sherg.az-a bildirib ki, bu sahə düzgün idarə olunanda həm turizmə, həm xidmət sektoruna, həm də məşğulluğa müsbət təsir edə bilər:


 “Gürcüstan turizm cəlbediciliyini artırdı. Qazaxıstanda zonalaşdırma tətbiq olundu. Türkiyə isə qadağa yolu seçdi, nəticədə qeyri-leqal fəaliyyət yarandı, həmçinin qumar pulları xaricə axdı. Azərbaycana gələn turistlərin 80 faizi Bakıdan o tərəfə çıxmır. Ona görə kazinolar Bakıda şəhər turizmini və əyləncə sektorunu gücləndirə bilər. Otel və restoran biznesini canlandıra bilər. Yeni iş yerləri yarada bilər. Xarici valyuta və turist axınını artıra bilər. Dövlət büdcəsinə sabit gəlir gətirə bilər. Kölgə iqtisadiyyatında olan qumar pullorını leqallaşdıra bilər. Amma əgər kazino açılacaqsa, bu, bir-iki şəxsin nəzarətində, inhisar formasında yox, rəqabətli və şəffaf şəkildə olmalıdır. Vergi yükü məntiqi səviyyədə saxlanmalı, amma dövlətə sabit gəlir təmin edilməlidir. Eyni zamanda risklər də nəzərə alınmalıdır. Qumar asılılığı, ailə büdcələrinin dağıntısı, sosial fəsadlar, çirkli pulların yuyulması və digər risklər daim mövcuddur.  Buna görə də bu sahə yalnız ciddi şərtlərlə açılmalıdır. Oynayan şəxslərin məhdudiyyətlərin qoyulması məqsədilə (yaş və s) şəxsiyyəti identifikasiya edilməli, “money laundering”ə qarşı xüsusi nəzarət mexanizmi qurulmalı, bütün ödənişlər nağdsız və izlənilə bilən sistemlə aparılmalıdır. Kazinolar coğrafi olaraq məhdudlaşdırılmalı, eyni zamanda onların reklamına ciddi nəzarət olunmalıdır. Əlqərəz, əgər bu şərtlər təmin olunmayacaqsa, kazinoların açılması nə iqtisadi rifaha, nə turizmə, nə də xidmət sektoruna real fayda verəcək. Əksinə, bu addım cəmiyyətdə sosial pozuntuları artıran, hüquqi nəzarəti zəiflədən və mənəvi dəyərləri aşındıran bir prosesə çevrilcək. Nəticədə də dövlətin qazanacağından çox, cəmiyyətin itirəcəyi olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 İyun 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri