“Kəbədə hacılar hu deyir Allah” ilahisi ilə bağlı Ərdoğandan açıqlama
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Türkiyədə son günlərdə gündəm olan “Kəbədə hacılar hu deyir Allah” ilahi trendi ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğan da danışıb.
Yeniavaz.com xəbər verir ki, Ərdoğan bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında danışıb.
“Bu ilahini yeddidən yetmişə kimi xalqımızın dilinə və inşallah qəlbinə həkk etmiş, bu gözəl ilahilərlə ölkəmizi bir səs, bir ürək kimi birləşdirən bəstəkardan tutmuş ifaçıya qədər hər kəsi təbrik edirəm. Xüsusilə orta məktəblərdə övladlarımızın bu ilahiləri oxuduqlarını görmək bizi məmnun etdi, qürurlandırdı. Türkiyənin eyni ritmdə birləşməsi, eyni səsi və eyni sözləri tərənnüm etməsi arzuladığımız, həsrətini çəkdiyimiz bir mənzərədir. Bunu açıq demək istəyirəm, kimsə bundan narahat olmamalıdır. Bu görüntü əsl Türkiyə, bu torpaqların, bu millətin görüntüsüdür”, - Ərdoğan qeyd edib.
Qeyd edək ki, müəllifi Cəlal Karatüre olan ilahi sosial mediada müzakirələrə səbəb olub. Belə ki, ilahinin Türkiyədəki bəzi məktəblərdə tənəffüs zəngi kimi istifadə olunması birmənalı qarşılanmayıb. Valideynlərdən bəziləri bunun dünyəvi dövlət prinsiplərinə zidd olduğunu bildirib və Milli Təhsil Nazirliyinə etiraz edib.
Bu mövzuda digər xəbərlər:Qvineyalı forvard canlı yayında Kəbədə Hacılar ilahisini səsləndirdi
28 Fevral 2026 18:20
Ərdoğandan zəlzələ ilə bağlı açıqlama
10 Avqust 2025 21:50
Kəbədə biabırçı etiraf VİDEO
15 Noyabr 2025 13:32
Ərdoğandan Konstitusiya dəyişikliyi ilə bağlı açıqlama
08 Oktyabr 2025 17:29
Ərdoğandan Suriya ilə bağlı mühüm açıqlama
12 Mart 2025 00:16
Baxış sayı:181
Bu xəbər 26 Fevral 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















