Keçən il əvvəlki illərdən bağlı qalan 6 qəsdən adam öldürmə cinayətinin üstü açılıb
Report.az saytına istinadən Icma.az xəbər verir.
Keçən il əvvəlki illərdən bağlı qalan 6 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.
Baş prokuror bildirib ki, hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi 27 cinayət işinin ibtidai istintaqını aparmaqla baxılması üçün məhkəmələrə göndərib.
Kollegiya iclasında vurğulanıb ki, ötən il daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış 6 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
Bununla da, 1 may 2020-ci il tarixdən hazıradək isə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 43 qəsdən adam öldürmə cinayəti açılıb. Həmin işlərdən 35-i məhkəməyə göndərib (31-i üzrə ittiham hökmü çıxarılıb) 3 işin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilib, digərləri isə hazırda məhkəmə baxışındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 27 Yanvar 2025 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















