Icma.az
close
up
RU
Keçən il Naxçıvanda 2683 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib

Keçən il Naxçıvanda 2683 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən il Naxçıvanda yaşa görə 163 milyon 843 min 347 manat, əlilliyə görə 54 milyon 949 min 859 manat, ailə başçısını itirməyə görə isə 35 milyon 384 min 322 manat olmaqla, ümumilikdə, vətəndaşlara 254 milyon 177 min 528 manat əmək pensiyası ödənilib. 2461 nəfərə əmək pensiyası təyin olunub ki, bunlardan 1608-i proaktiv qaydada edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Fərid Bağırzadə 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir müavini qeyd edib ki, məcburi dövlət sosial sığorta haqları hesabına vətəndaşlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 339 min 127 manat, uşağın anadan olmasına görə 1 milyon 228 min 942 manat, hamiləliyə və doğuma görə 1 milyon 650 min 271 manat, uşağa qulluğa görə 263 min 652 manat, dəfn üçün 1 milyon 156 min 680 manat ödəniş olub. Həmçinin 2360 nəfərə proaktiv qaydada məcburi dövlət sosial sığorta haqları hesabına müavinət təyin olunub. Ötən il 2683 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib və ilin sonuna 2408 ailəyə, ümumilikdə, 10 milyon 518 min 780 manat məbləğində ödəniş həyata keçirilib. Ailəbaşına düşən ünvanlı dövlət sosial yardımı məbləği 475 manat, adambaşına düşən məbləğ isə 107 manat olub. Muxtar respublikada aylıq sosial müavinətlər üzrə 41 milyon 523 min 62 manat, birdəfəlik sosial müavinətlər üzrə isə 1 milyon 93 min 391 manat ödəniş edilib.

“Naxçıvan Muxtar Respublikasında ünvanlı dövlət sosial yardımı ödənişlərinə 2022-ci il üzrə 861 min 21 manat, 2023-cü il üzrə 5 milyon 130 min 6 manat, 2024-cü ilin sonuna isə 10 milyon 518 min 780 manat vəsait sərf olunub. Ünvanlı dövlət sosial yardım alan aztəminatlı ailələrə ödənən ortaaylıq yardımın məbləği 2023-cü ildə 428 min 372 manat, 2024-cü ildə isə 876 min 565 manat təşkil edib. 2023-cü illə müqayisədə 2024-cü ildə bu rəqəm 104,62 faiz artıb”, - deyə Fərid Bağırzadə bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Fevral 2025 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri