Icma.az
close
up
RU
Keçən il qeyri neft sektoru üzrə büdcə daxilolmaları 19,2 milyard manat təşkil edib

Keçən il qeyri neft sektoru üzrə büdcə daxilolmaları 19,2 milyard manat təşkil edib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 iyun, AZƏRTAC

2024-cü il üzrə dövlət büdcəsinin gəlirləri 37,2 milyard manat olmaqla, proqnoza qarşı 774 milyon manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 1,9 milyard manat və ya 5,5 faiz çox icra edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov iyunun 3-də parlamentin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən deyib.

Komitə sədri qeyd edib ki, hesabat ilində vergi orqanlarının xətti ilə büdcəyə 15,8 milyard manat, gömrük orqanlarının xətti ilə 6,6 milyard manat vəsait təmin edilib. Bu isə proqnoza nisbətən müvafiq olaraq, 538 milyon manat və 214 milyon manat çoxdur. Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları proqnozla müqayisədə 573 milyon manat və ya 3,1 faiz artıq icra olunmaqla, 19,2 milyard manat təşkil edib, 2023-cü ilin müvafiq göstəricisini 2,1 milyard manat və ya 12,4 faiz üstələyib. Büdcənin gəlirlərində qeyri-neft sektorundan daxilolmaların payı 48,5 faizdən 51,6 faizə yüksəlib.

“Qeyri-neft sektoru üzrə daxilolmaların proqnozları üstələməsi bu sektor üzrə ÜDM-in makroiqtisadi proqnozlarda nəzərdə tutulandan çox olması ilə əlaqədar olub. Belə ki, qeyri-neft ÜDM proqnozdan 956 milyon manat çox olub, real artım tempi isə 0,7 faiz-bəndi təşkil edib. Hesabat dövründə Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu kimi 12,8 milyard manat transfert edilib”, - deyə A.Əmiraslanov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri