Icma.az
close
up
RU
Keçmiş arvadını qətlə yetirib evi partlatdı Özü də öldü Video Yenilənib

Keçmiş arvadını qətlə yetirib evi partlatdı Özü də öldü Video Yenilənib

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsi baş verib.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun “Baksol yolu” adlanan ərazisində, İncəçay küçəsindəki yaşayış evlərindən birində qeydə alınıb. Həmin ərazidəki mənzillərin birində yaşayan şəxs arvadını xüsusi amansızlıqla qətlə yetirib.

Məlumata görə, hadisəni törədən şəxs qətli törədəndən sonra qazı açıb. Nəticədə, partlayış baş verib. Qətli törədən kişi də hadisə yerində ölüb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Bildirilib ki, hadisəni törədən şəxs keçmiş arvadının evinə gəlib.

Onların iki övladı olub, hər ikisi də hadisə zamanı işdə olub.

Dəhşətli hadisə nəticəsində iki ev və avtomobil yanıb, bir evin isə partlayışın təsirindən dam örtüyü, pəncərələri yararsız hala düşüb.

***

FHN və Baş Prokurorluq hadisə ilə bağlı birgə məlumat yayıb. Məlumatda deyilir:

Aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verən yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək daha geniş əraziyə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus ümumi  sahəsi 90kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 90kv.m., 2 otağının yanar konstruksiyaları 32kv.m. sahədə, bitişik sahəsi 66kv.m. olan talvar və evin həyətində park edilmiş “BMW”  markalı  minik avtomobili, yaxınlıqda yerləşən 1982-ci il təvəllüdlü Əziz Vəliyevə məxsus ümumi sahəsi 80kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 80kv.m. sahədə və 3 otağının yanar konstruksiyaları 46kv.m. sahədə yanıb.

Habelə yanğının kəşfiyyatı zamanı həyətyanı sahədə Rafət Həsənovun, evdə isə 1968-ci il təvəllüdlü Ceyran Həsənovanın meyitləri aşkar olunub.

Prokurorluq əməkdaşları tərəfindən icra olunan ilkin prosessual hərəkətlər nəticəsində Rafət Həsənovun şəxsi münasibətlər zəminində keçmiş arvadı Ceyran Həsənovanı qeyd olunan evdə qəsdən öldürməsi, ardınca həmin evi və həyətdə olan avtomobili yandırması və daha sonra isə həyətyanı sahədə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Aprel 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri